Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Həm Göyçay rayonunun, həm də Bakı şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan evin-ailənin üç övladından biri, bir qız övladı Vətənə əmanət qalan, ali təhsilli, Leytenant İmran Əli oğlu Əliyevin Anım Günü, Əbədiyyətə uğurlanmasının üçüncü ildönümü ilə bağlı bu gün səhər saatlarında İkinci Şəhidlər Xiyabanında məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.
Etikxeber.az xəbər verir ki, İmran Əliyevin məzarını ziyarət zamanı ailəsinə Allahdan səbr və dözüm arzulanıb.
Sonra Şəhidlər Xiyabanındakı mərasim zalında Şəhidin Anım mərasimi keçirilib.
Şəhidin bir daha ruhuna dualar oxunub.
Şəhidin məzarını ziyarətdə və Anım mərasimində İmran Əliyevin ailə üzvləri, müxtəlif bölgələrdən olan Şəhid ailələri, Binəqədi və Yasamal rayon İcra Hakimiyyətlərinin rəhbər və məsul şəxsləri, millət vəkilləri-Afət Həsənova və Etibar Əliyev, din xadimləri, hərbçilər, Qazilər və digər şəxslər iştirak ediblər.
Qeyd edək ki, İmran Əliyev 7 aprel 1993-cü il Göyçay şəhərində anadan olub.
Uşaqlığı və gəncliyi Bakıda keçib.
Bakıda 54 nömrəli tam orta məktəbi bitirdikdən sonra Azərbaycan Texniki Universitetinin komputer mühəndisliyi fakültəsinə daxil olub.
Universiteti bitirdikdən sonra Naxçıvan Muxtar Respublikasının (NMR) Fövqəladə Hallar Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət edib.
Həqiqi hərbi xidmətini başa vurduqdan sonra Silahlı Qüvvələrin Təlim-tTdris Mərkəzində kursa gedib və Leytenant kimi Bərdədə “N” saylı hərbi hissəsində fəaliyyətə başlayıb.
Bir müddətdən sonra Tərtərə ezam olunub və orada fəaliyyətini davam etdirir.
27 sentyabrdan başlayan İkinci Vətən Mühariəsində iştirak edib, Suqovuşan ərazisində şücaət göstərib və qəhrəmancasına Şəhid olub.
Nəşi 4 oktyabr tarixində İkinci Şəhidlər Xiyabanında dəfn olunub.
Şəhidliyindən sonra bir neçə medalla təltif edilib.
Ailəsi isə həm də övladlarının ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir.
Ailəli, bir qız atası olub.
4 yaşlı Dənizi ailəsinə, Vətənə əmanət qalıb.
Məkanı cənnətlik olsun!
Nur içində yatsın!
12:50
***
FOTOLAR:










***







Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





