Bir sıra xarici ölkələrdə Azərbaycanın görkəmli mədəniyyət adamlarının abidəsi ucaldılacaq- NAZİR

Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi Aparatının işçiləri və nazirliyin strukturuna daxil olan qurumların rəhbər şəxslərinin iştirakı ilə 2016-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.

Etikxeber.az xəbər verir ki, iclasda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev gündəlikdə 6 məsələnin yer aldığını bildirib.

Qeyd edib ki, nazirlik tərəfində ilin yekunlarını əhatə edən 70 səhivəlik təqdimat hazırlanıb və bu sənəddə hər şey öz əksini tapıb.

Nazir məruzəsində 2016-ci ildə ölkəmizdə keçirilən möhtəşəm tədbirlərdən, mədəniyyətin, turizm imkanlarının təbliği istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən, əldə olunan nailiyyətlərdən ətraflı söz açıb.

Bildirib ki, mədəniyyət abidələrimizin, milli irs nümunələrimizin UNESCO-nun müvafiq siyahılarında yer alması olduqca təqdirəlayiq haldır. Bu, mədəni dəyərlərimizin qlobal miqyasda qəbulu, tanınması baxımından böyük əhəmiyyət daşıyır. Bu il həm də UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində keçirilən 11-ci sessiyasında xalqımızın daha bir irs nümunəsi – Lavaş çörəkbişirmə ənənəsi bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi ilə yadda qaldı. Azərbaycan muğamına, aşıq sənəti və xalçaçılığına, tar ifaçılığına və digər irs nümunələrinə UNESCO səviyyəsində diqqət ayrılması ölkəmizin bu mötəbər beynəlxalq təşkilatla sıx əlaqələrinin göstəricisidir.

Azərbaycanda mədəniyyət, incəsənət xadimlərinə göstərilən diqqət və qayğıdan söz açan nazir deyib ki, ötən illərdə olduğu kimi 2017-ci ildə də görkəmli mədəniyyət xadimlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində işlər görüləcək. Belə ki, yeni ilin ilk aylarında Bakıda böyük Azərbaycan bəstəkarı və dirijoru Niyazinin heykəlinin açılışı olacaq. Eyni zamanda, bir sıra xarici ölkələrdə də Azərbaycanın görkəmli mədəniyyət adamlarının abidəsi ucaldılacaq.

Diqqətə çatdırılıb ki, il ərzində Bakıda mədəniyyətlərarası dialoqa, inteqrasiya və mədəni müxtəlifliyin qorunmasına xidmət edən beynəlxalq tədbirlər təşkil olunub. Bu tədbirlər ölkə başçısı tərəfindən elan edilmiş “Multikulturalizm ili”nə böyük töhfələr verib.

Nazir qeyd edib ki, turizmlə bağlı həyata keçirilən siyasət, bu sahədə reallaşan layihələr Azərbaycanda turizmin inkişafına öz təsirini göstərir. Ölkəmiz bu il də beynəlxalq turizm sərgilərində, konfrans və toplantılarda uğurla təmsil olunub.

Məruzədə teatr, kinematoqrafiya sahəsi, muzey, kitab nəşri və kitabxana işinin inkişafını səciyyələndirən amillərdən bəhs edilib.

Əbülfəs Qarayev bildirib ki, 2017-cı ildə Mədəniyyət və Turizm Nazirliyi üçün əsas prioritet məsələ “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulmuş hədəflərə çatmaqdain ibarət olacaq. Bu böyük və məsuliyyətli işin öhdəsindən gəlmək üçün bütün qüvvəmizi səfərbər edəcəyik.

Sonda kollegiyanın üzvlərinin müəyyən qeydləri nəzərə alınmaqla Mədəniyyət və Turizm Nazirliyinin 2017-cı ilin birinci yarımillik iş planı təsdiq edilib.

Etikxeber.az

Read Previous

Milli Məclisin sabiq sektor müdirini qətlə yetirən şəxsin məhkəməsi başladı

Read Next

5 MÜSƏLMAN LİDERİ VƏ PUTİN – Deputatın baxış bucağı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir