“Bir yandan vətəndaşlarımız polislə aşırı səmimi münasibət qurmağa girişir, o bir yandan da…”-ERKİN QƏDİRLİ POLİSLƏRİ TƏBRİK ETDİ

Bu gün (2 iyul) Azərbaycan Polisi Günüdür. Polisimizin 102 yaşı tamam oldu. Polis çox çətin bir işdir. O, bir yandan hörmət oyatmalı, o biri yandan da qorxu yaratmalıdır. Polis elə olmalıdır ki, qanunlara əməl edənlər ona hörmət etsinlər, qanunları pozanlar, ya da pozmaq istəyənlər isə, ondan qorxsunlar. Yəni, eyni zamanda həm hörməti, həm qorxunu hiss etdirməlidir. Bu, polisi bütün başqa hakimiyyət qurumlarından fərqləndirir.

Etikxeber.az-ın xəbərinə görə, bunu “REAL”-dan olan millət vəkili Erkin Qədirli deyib.

Qeyd edib ki, Azərbaycan polis qorxunu hiss etdirməyi bacarır.

“Bunu çox zaman yersiz edir. Amma qorxu da tükənə bilir və, deyəsən, polisimiz bunu anlamağa başlayır. Polisin özünə hörməti artırmaq yönündə atdığı kövrək addımlar, bəzən uğursuz olsa da, təqdirəlayiqdir. Hər yerdə olduğu kimi, burada da yaxşı işlər yavaş görülməlidir. Polis işini qanuni görəndə, vətəndaşların ona hörmətini də görə bilir. Problem həm də ondadır ki, polislə vətəndaşlarımızın arasında sosial məsafə çox qısadır. Bu, çox zaman hər iki tərəfdən yanlış davranışlara səbəb olur. Bir yandan vətəndaşlarımız polislə aşırı səmimi münasibət qurmağa girişir, o bir yandan da polis vətəndaşların şəxsi işlərinə əsassız qarışır. Belə olmamalıdır. Bu gün polisimizin bayramıdır. Bayram günündə xoş sözlər deyərlər. Yuxarıda yazdıqlarım kiməsə xoş söz kimi görünməyə bilsə də, bilin, o sözlər xoş niyyətlə yazılıb. Polisimizi təbrik edirəm. Eşq!”-deyə, o, sonra qeyd edib.

Etikxeber.az

Read Previous

“Son 30 ildə Azərbaycan parlamenti tarixində ikinci dəfə xanım millət vəkili parlament sədri seçildi. Çox qəribədir ki, hər iki xanım spikerin də soyadı eynidir – Qafarova…”-KAMİL HƏMZƏOĞLU

Read Next

“Bütün dünya bir daha Ermənistanın əsl irticaçı mahiyyətinin şahidi oldu…”-PƏRVİN KƏRİMZADƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir