“Birgə olaq, güclü olaq!” – RAFAEL HÜSEYNOV – FOTOLAR

Hacıqabul rayonunun Udulu və Tava kəndlərində 11 aprel prezident seçkiləri ilə bağlı görüşlər keçirilib. 

Etikxeber.az-ın xəbərinə görə, ətraf kəndlərin bir çox təmsilçisinin  toplandığı hər 2 görüşdə də çıxış Milli Məclisin deputatı, akademik Rafael Hüseynov çıxış edib.

“İlk növbədə mən bu görüşlərə toplanan Udulu, Şorbaçı, Tava, Tağılı, Qubalı kəndinin sakinlərinə təşəkkürdən başlamaq istəyirəm. Mən dəfələrlə bu kəndlərdə olmuşam və uzun illər boyu etdiyim müşahidələrimin nəticəsi odur ki, ölkə əhəmiyyətli bütün seçkilərdə istər prezident, istər parlament, istər bələdiyyə seçkiləri, istər referendumlar olsun, sizin camaat xüsusi fəallığı, yekdilliyi, işin nümunəvi təşkili ilə seçilir. İnanıram ki, astanasında dayandığımız növbəti seçkilər də istisna təşkil etməyəcək”-deyən, akademikin sözlərinə görə,çünki Prezident İlham Əliyevin apardığı dövlətçilik xətti bütün ölkə əhalisi kimi sizin kəndlərin sakinləri tərəfindən də həmişə qəlbən müdafiə edilib:

“Əlbəttə ki, bunun başlıca səbəbi birgə keçilmiş yoldur. Prezident İlham Əliyevin regionlarımızın sosial-iqtisadi inkişafı üçün apardığı genişmiqyaslı işlər çərçivəsində Hacıqabul rayonunun da siması son illərdə xeyli dəyişmiş, təbii ki, bu inkişafdan Uduluya, ətraf kəndlərə də pay düşmüşdür.

secki-rafael
Dünyanın bunca mürəkkəb tarixi prosesləri yaşadığı, iqtisadi böhrandan sıxıntılar duyduğu, münaqişələrin, müharibələrin, çeşidli qarşıdurmaların davam etdiyi bir dönəmdə Azərbaycan kimi zahirən çox da böyük olmayan, bir sıra güclü dövlətlərin maraq dairəsində qərar tutan bir ölkəni risklərdən, bəlalardan, müxtəlif təzyiqlərdən qoruyaraq inamla, məntiqlə, yüksək ağılla və müdriklə irəlilətmək, inkişaf etdirmək son dərəcə çətindir. Prezident İlham Əliyev Ulu Öndər unudulmaz Heydər Əliyevdən yadigar qalan dəqiq, ölçülü-biçili balanslaşdırılmış xarici siyasət xəttini yeni dövrün şərtlərinə bir qədər də uyğunlaşdırmış, arxada qalan 14 ildə daim səriştə ilə aparmış, Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla bərabər ölkəmizi regionun lider dövlətinə çevirməyə müvəffəq olmuşdur. Həyata keçirilən bir sıra regional və dünya əhəmiyyətli enerji və nəqliyyat layihələri ölkəmizə iqtisadi səmərə gətirməklə yanaşı, həm də dövlətimizə siyasi arxaya, müstəqilliyimizin qorunmasına növbəti mötəbər dayağa dönür.

Eyni zamanda həmin layihələrdə əsas söz sahibi olan Azərbaycanın iradəsi ilə Ermənistanın bu faydalı əməkdaşlıqdan tam təcrid olunması onun onsuz da dərin olan iqtisadi böhranını daha da kəskinləşdirir. Yəni Prezident İlham Əliyevin apardığı müstəqil siyasət, uzaq sabahlara hesablanmış düşünülmüş addımlar ölkəmizin qüdrətlənməsi və çiçəklənməsinə yeni-yeni töhfələr verir. Siz gündəlik həyatınızda və bütün Azərbaycan boyu həmin nəticələri görürsünüz. Aydın mələdir ki, hamımız bu tərəqinin daha da artmasını, ölkəmizin yeni zirvələrə çatmasını ürəkdən istəyirik. Bütün bunların təminatçısı isə Prezident İlham Əliyev, onun yönəltdiyi xarici və daxili siyasətdir. Aprelin 11-i müəyyən mənada bizim daha böyük yüksəlişlər üçün təkan nöqtəmizdir. Qarşıdakı illərdə bizi fərəhlər dolu yeni üfüqlər gözləyir. Prezident İlham Əliyevlə o qələbəli üfüqlərə doğru biz birlikdə, əl-ələ gedəcəyik. “İlhamla irəli!” bu gün sadəcə bir çağırış deyil, həm də yolumuzun, daha parlaq sabahlarımız üçün bir düsturdur. Birgə olaq, güclü olaq!”.

Etikxeber.az

Read Previous

“Facebook”, “Tvitter”-ə münasibət hüquq müstəvisində tənzimlənməlidir – BABAOĞLU

Read Next

“Bizi heç kəsin qarşısında yazıq kimi qələmə verməyin” – TAHİR ƏKBƏRİN XANIMINDAN ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir