Birinci Qarabağ Savaşı iştirakçısı, Qazi, iş adamı Hacı Səxavət tərəfindən-ŞƏHİD AİLƏLƏRİ ÜÇÜN İFTAR MƏCLİSİ DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (2)

Bu gün-3 aprel 2024-cü il tarixində, axşam saatlarında Bakı şəhərində yerləşən “Ləvəngi” restoranında Birinci Qarabağ Savaşı iştirakçısı, Qazi, iş adamı, xeyriyyəçi Hacı Səxavət tərəfindən Şəhid ailələri üçün iftar mərasimi təşkil olunub.

İftar mərasimində Bakıdan, Sumqayıtdan, İmişlidən, Ağdaşdan, Şabrandan, Astaradan olan Şəhid ailələri-Şəhid anaları və Şəhid ataları iştirak ediblər.

Etikxeber.az xəbər verir ki, iftar mərasimində Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Səhidlərin ruhlarına dualar edilib, Şəhid ailələrinə səbr və dözüm, Qazilərə isə şəfa və can sağlağı arzulanıb.

“Azan” oxunub, məclis iştirakçıları iftarlarını açıblar.

İftar məclisində çıxışlar edilib.

HACI SƏXAVƏT: “ŞƏHİDLİK MƏNƏ QİSMƏT OLMADI…HEYF…”

Hacı Səxavət hər bir kəsin, bütün Azərbaycan vətəndaşlarının Şəhidlərimizə və Şəhid ailələrinə borclu olduğunu dilə gətirib.

“Mən özüm də müharibə iştirakçısıyam. Birinci Qarabağ Savaşında iştirak etmişəm. Ancaq nə edim ki, Şəhid ola bilmədim. Şəhidlik mənə qismət olmadı…Çox heyf…Şəhidlikdən böyük zirvə yoxdur. Burada iştirak edən analar, atalar, Şəhid ailələri Qəhrəman ailələrdir, Qəhrəman insanlardır. Çünki onların övladları ən yüksək zirvəyə-Şəhidlik məqamına ucalıblar. Hər birimiz onlara borcluyuq. Onlara olan borcumuzu heç zaman unutmamalıyıq, yaddan çıxarmamalıyıq. Şəhidlərimizin ruhları və onların Qəhrəman valideynləri qarşısında baş əyirik”-deyə, Hacı Səxavət əlavə edib.

Çıxış edən məclis iştirakçıları, Şəhid ailələri də öz növbəsində hər zaman Şəhid ailələrinin yanında olan Hacı Səxavətə nəcib, xeyirxah addımlarına, o cümlədən iftar süfrəsinə görə öz minnətdarlıqlarını ifadə ediblər.

Məclisdə həmçinin, tanınmış bəstəkar və müğənni, hər zaman Şəhid ailələrinin yanında olan Ruslan Səfəroğlu tərəfindən Şəhidlərə və analara həsr olunmuş mahnılar səsləndirilib.

Bu zaman kövrək, təsirli, duyğulu anlar yaşanıb, məclis iştirakçıları göz yaşlarına hakim ola bilməyiblər.

3 saatdan çox davam edən iftar mərasiminin sonunda xatirə fotoları çəkdirilib.

21:00

***

FOTOLAR:

22:30

***

23:20

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Qərbdə Azərbaycanın Ermənistana hücum etmək niyyətində olduğu barədə səsləndirilən ittihamlar tamamilə əsassızdır”-ƏLİYEV BLİNKENLƏ TELEFON SÖHBƏTİNDƏ BELƏ DEDİ

Read Next

Sabah 35 yaşı tamam, Cənnətdəki ilk doğum günü olan-İKİ ÖVLAD ATASI, İKİNCİ VƏTƏN MÜHARİBƏSİ VƏ “QİSAS” ƏMƏLİYYATI İŞTİRAKÇISI, SAMUXLU ANTİTERROR ŞƏHİDİ FİZULİ MƏMMƏDOV…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir