Birinci Qarabağ Savaşı Şəhidləri: 4 qohum-SEHRAN, SƏRDAR, TEYMUR VƏ NAZİM…UNUDULAN ŞƏHİDLƏR…ONLARI UNUTMAĞA HAQQIMIZ VARMI? ONLARIN DA HAQQI TANINACAQMI? – FOTOLAR

Hazırda Kürdəmirin Qaraqocalı kəndindəyəm…

Birinci Qarabağ Savaşının iştirakçısı və Şəhidi, cəmi 15 yaşında Vətən yolunda canını fəda etmiş Sehran Sabir oğlu Qəniyevin anasının və kiçik qardaşının yaşadığı evdəyəm…

Onlara baş çəkməyə, Şəhid ailəsini ziyarət etməyə gəlmişəm…

Sehran 1992-ci ildə, Birinci Qarabağ Savaşının ən qızğın vaxtlarında Kürdəmirin ilk könüllülərindən, könüllülər batalyonunu yaradanlardan olub…

Cəmi 15 yaşında döyüşlərə, Vətənin müdafiəsinə atılıb və ilk döyüş yolu da 43 gün çəkib…

1992-ci ilin aprel ayının ortalarından iyunun əvvəllərinə qədər Ağdərə-Tərtər bölgəsində olub, döyüşüb, vuruşub…

İyunun 12-də evinə, ailəsinin yanına gəlib və iki gündən sonra yenidən döyüş bölgəsinə yollanıb…

Və cəmi iki gündən sonra, iyunun 16-da qəhrəmancasına həlak olub, Ağdərənin (Tərtərin) Çaylı kənidində Şəhidlik məqamına ucalıb…

Və nəşi bir gün sonra, iyunun 17-də Kürdəmirin Şahsevən kənd qəbiristanlığında dəfn olunub…

Sehrangil ailədə 5 övlad, 5 qardaş olublar…

Sehran ailənin böyük övladı, qardaşların ən böyüyü olub…

Sehran müharibəyə getmək üçün hətta doğum şəhadətnaməsində ilini pozaraq, 1976-cı il yazıb…

O dərəcədə Vətən, Qarabağ sevdalısı olub…

Şəhidimizin anası Gülnar xanıma, Gülnar anaya başsağlığı verir, Allahdan səbr diləyir, “Şəhidimizin ruhu qarşısında baş əyirəm”-deyirəm…

Daha bir Şəhid ailəsinin üzvü, Sehranın ana qohumu, Şəhid bacısı, Şəhid Sərdar Əmiraslanovun bacısı Nailə Əmiraslanova da Sehrangildədir…

O da düz 29 il öncə qardaşını Ağdərədə Şəhid verib…

Ona da başsağlığı verir, Allahdan səbr diləyirəm…

Qeyd edim ki, 1992-ci ilin iyunun 17-də həm Gülnar xanımın, həm də Nailə xanımın daha bir qohumu-Teymur Kərimov Şəhid olub…

Ümumilikdə isə Gülnar xanım və Nailə xanım Birinci Qarabağ Savaşında 4 Şəhid veriblər…

Ancaq çox təəssüflər olsun ki, ötən 29 il ərzində Sehran da daxil olmaqla, adları cəkilən Şəhidlər unudulublar…

Onlara Haqq etdikləri, Layiq olduqları dəyər verilməyib…

Bir çox Birinci Qarabağ Savaşı Şəhidinin ailəsinə illər sonra 11 min manat sığorta pulu verilsə də, Sehranla Teymurun ailəsinə verilməyib…

“Səbəb” kimi isə Sehranla Teymurun azyaşlı olması göstərilib…

Məntiqin itdiyi, sözün bitdiyi yerdir…

Çox təəssüfedici, çox üzücü bir durumdur…

Və qəbuledilməz, yolverilməzdir! Və bu məntiqsizlik aradan qaldırılmalıdır!

Və nəhayət, onların da Haqqı tanınmalı, onlara da Haqq etdikləri Dəyər verilməlidir!

Bəli, dörd Oğul, dörd İgid, dörd Qəhrəman, dörd qohum, dörd Şəhid…

Ruhları qarşısında baş əyirəm, baş əyirik!

Allah ailələrinə-Gülnar xanıma, Nailə xanıma səbr versin, Böyük Yaradan Şəhidlərimizin-Sehranın, Sərdarın, Teymurun və Nazimin məkanlarını cənnətlik etsin!

Nur içində yatsınlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Evin tək oğlu, bir qızı Vətənə əmanət qalan, 5 medallı-PƏRHLİ QƏRİBOVUN ANIM GÜNÜ – MƏZARI İZDİHAMLI ŞƏKİLDƏ ZİYARƏT OLUNDU, QISA, LAKİN ŞƏRƏFLİ HƏYAT-DÖYÜŞ YOLUNDAN BƏHS EDİLDİ, ANIM MƏRASİMİ DÜZƏNLƏNDİ – FOTOLAR – YENİLƏNİB – (3)

Read Next

Daha 1774 yeni yoluxma-DAHA 30 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir