Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi dövlət qulluqçusu olacaq – YENİLƏNİB (4)

Bununla bağlı “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik olundu

Milli Məclisin (MM) arelin 25-də növbəti  plenar iclası keçirilib.

Spiker Oqtay Əsədov  qeyd edib ki, iclasın gündəliyinin 17-ci məsələsi qanunvericilik təşəbbüsü subyekti tərəfindən geri çağırıldığı üçün müzakirələrdən çıxarılıb. Onun yerinə Əziz Seyidovun Ali Məhkənin hakimi vəzifəsinə təyin olunması məsələsi gündəliyə əlavə edilib.

Qeyd edək ki, 17- ci məsələ Cinayət Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı idi.

***

mehri-islam-1

Sonra iclasda “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb və bu haqda MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

O, qeyd edib ki, qanunun   11.1.1.1-ci maddəsindəki “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Administrasiya rəhbərinin vəzifəsi,” sözlərinin  “orqanın rəhbərinin vəzifəsi, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən struktur bölmənin rəhbərinin vəzifəsi,” sözləri ilə əvəz edilməsi təklif olunur.  Həmçinin “Azərbaycan Respublikası Dövlət müşavirlərinin” sözlərinin “Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanda müşavirlərin” sözləri ilə əvəzlənməsi istənilir. Bununla yanaşı, qanunun 11.1.2.1-ci maddəsindəki “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Administrasiya rəhbərinin müavini,” sözlərinin “orqanın rəhbərinin müavini, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən struktur bölmənin rəhbərinin müavini,” sözləri ilə, “habelə həmin dövlət orqanlarında bölmə rəhbərlərinin vəzifələri” sözləri “həmin orqanlarda bölmə rəhbərlərinin vəzifələri, habelə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisinin vəzifəsi” sözləri ilə əvəz edilməsi təklif edilir.

Onu da qeyd edək ki,  dəyişikliyin mahiyyəti ölkədə birinci vitse- prezidentlik institutunun yaradılması və orada çalışanların qulluq səlahiyyətləri ilə bağlıdır.

***

Növbəti məsələ “Yol hərəkəti haqqında” qanuna dəyişiklik olub.

Belə ki, qanuna yeni məzmunda V-II hissənin əlavə edilməsi təklif olunub. Əlavəyə görə, nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir. Aşağıdakı hallarda dövlət qeydiyyatının aparılması və daimi uçota alınması ilə əlaqədar nəqliyyat vasitəsi texniki baxışdan keçirilmir. Həmçinin , təklif olunur ki,  Azərbaycanda  ilk dəfə dövlət qeydiyyatına alınan nəqliyyat vasitəsinin istehsal olunduğu vaxtdan bu Qanunun 30-cu maddəsinin VI-II hissəsində nəzərdə tutulmuş müddət keçməmişdirsə, o cümlədən, dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi bu qanunun 30-cu maddəsinin VI hissəsində nəzərdə tutulmuş müddətdə texniki baxışdan keçirilmişdirsə,texniki baxış zamanı nəqliyyat vasitəsinin bu qanuna 1 saylı Əlavənin I və II hissələrində göstərilən nasazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilir və daimi uçota alınır.

Qanun layihəsinin müzakirəsində çıxış edən millət vəkili Elmira Axundova bildirib ki, ötən illərlə müqayisədə 2017-ci ildə ölkədə avtoqəzaların və bunun nəticəsində baş verən ölüm hallarının sayı artmaqdadır:

elmira-kitab

 “Bu, çox təəssüf və narahatlıq doğuran bir məsələdir. Hələ bir neçə il bundan qabaq da təklif irəli sürmüşdüm ki, qonşu ölkələrin, o cümlədən, Rusiyanın təcrübəsini öyrənək. Yəni, köhnə model maşınları, xüsusilə də, Rusiya istehsalı olan maşınları yol hərəkətindən çıxaraq. Bunun müqabilində də avtomobil sahiblərinə müəyyən məbləğdə vəsait və yaxud çek verilsin, daha doğrusu, həmin şəxslərlə daha güzəştli şərtlərlə yeni model avtomobil almaq imkanı yaradılsın. Çünki ölümlə nəticələn  avtoqəzaların böyük əksəriyyəti köhnə model maşınlarda baş verir”.

***

Bunun ardınca Mənzil Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb və o, ciddi mübahisələrə səbəb olub.

Belə ki, dəyişikliyə əsasən mehmanxanalar, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən mehmanxana tipli obyektlər və müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş digər tikinti obyektləri yerləşmə vasitələri hesab ediləcək.

Millət vəkili Asim Mollazadə isə yaşayş mənzillərinin hostel və otel kimi istifadə edilməsinin əleyhinə olduğunu bildirib:

“Bu, dünya praktikasına ziddir. Biz bununla vətəndaşların hüquqlarını kobud sürətdə pozmuş, vətəndaşların rahat yaşayış tərzinə mane oluruq. Dünyada belə bir prakatika yoxdur. Bu məsələyə yenidən baxmaq lazımdır”.

hadi racabli-hadi

MM-in Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli də bu zaman həmkarının sözlərinə reaksiya verib. O,bildirib ki, A. Mollazadənin dedikləri yanlışdır:

“Dünyada yetərincə belə faktlar var. Hətta, Avropa ölkələrində evlər və mənzillərin otel kimi istifadə edilməsi praktikası var. Hesab edirərm ki, Azərbaycanda da belə bir praktikanın tətbiq edilməsi turizmin inkişafına təkan verməklə yanaşı, bürokratik əngəlləri də aradan qaldaracaq. Eyni zamanda, vətəndaşların rifah halının yaxşılaşmasına təsir edəcək”.

Spiker də öz növbəsində  H. Rəcəblinin fikrini dəstəkləyib. O, qeyd edib ki, Türkiyədə 35- 40 min əhalisi olan şəhərlərdə 10-15 min çarpayılıq otellər olur: “ Ancaq ayda 100 minlərlə insan bu şəhərlərdə istirahət edir, Əgər mənzil turizmi olmazsa, bunu heç cür qarşılamaq olmaz”.

Millət vəkili Əflatun Amaşov isə  Gürcüstan praktikasını misal çəkərək qeyd edib ki, təkcə 2016- ci ildə Gürcüstana 6 milyon turist gəlib və bundan 2 milyard gəlir götürülüb:“Gələn turistlərin 70 faizi isə mənzillərdə yaşayıb. Və orada bu sahə inkişaf etdiyinə görə təklif edirəm ki, bizdə də bu sahə inkişaf etsin”.

Qanun layihəsinə təklif edilən dəyişiklik səsə qoyularaq qəbul edilib.

***

İclasda həmçinin, Ali Məhkəməyə yeni hakim seçilib.

Layihə barədə Ə. Hüseynli məlumat verib.  O, qeyd edib ki,  Ə. Seyidovun Ali Məhkəmənin hakimi seçilməsi üçün namizədliyi irəli sürülüb.

Layihə səsverməyə çıxarılaraq təsdiq edilib.

Etikxeber.az

Read Previous

“Azərbaycan təşəbbüskar olub ki…” – VALEH ƏLƏSGƏROV

Read Next

“Bu qədər insanı işsiz qoymağa nə ehtiyac var idi?” – YAP RƏSMİSİ – YENİLƏNİB (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir