Birinci xanımdan Yalçın Rzazadə ilə bağlı – TAPŞIRIQ

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələləri Fond öz nəzarətinə götürüb.

Etikxeber.az-ın məlumatına görə, səhhətində son zamanlar yaranmış narahatlıqlarla əlaqədar müğənni Heydər Əliyev Fondunun dəstəyi ilə tam müayinə və müalicə kursu keçəcək.

Xatırladaq ki, bu gün səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilən Xalq artisti Yalçın Rzazadə həkim müayinəsindən keçib, sonra evə buraxılıb.

yalchin_rzazade

Mərkəzi Dənizçilər Xəstəxanasında müğənninin mədəsində yaralar aşkarlanıb. Məlum olub ki, həmin yaralar Y.Rzazadənin qanında zəhərlənməyə səbəb olub.

Həkimlər ona əməliyyata ehtiyac olduğunu deyiblər.

Etikxeber.az

Read Previous

Fazil Mustafadan “Cümhuriyyət” medalı ilə bağlı – ETİRAZ

Read Next

Rüfət Quliyev aeroport və idman kompleksləri məsələsində israrlıdır…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir