“Nə gözəl qızlardır…” – Birinci xanımla Leyla Əliyeva məsciddə və zəlzələdən ziyan çəkmiş ailədə – FOTOLAR – YENİLƏNİB – (1)

Sentyabrın 14-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Şamaxı rayonunun Muğanlı kənd sakini Zamiq Səfərova məxsus, zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş evin yerində Fövqəladə Hallar Nazirliyi tərəfindən inşa olunan evə baxıb.

Etikxeber.az xəbər verir ki, Mehriban Əliyeva və qızı Leyla Əliyeva sentyabrın 14-də həmçinin, Şamaxı Cümə məscidində olublar.

mehri-samaxi-2

mehri-məscid

mehri-məscid-1

mehri-məscid-2

***

Məscidin imamı Mərhəmət Mustafayev ziyarətə gələnlərin bu müqəddəs ocağın yenidən bərpa olunmasını minnətdarlıqla xatırladıqlarını bildirdi.

Mehriban Əliyeva: Buraya xaricdən turistlər çox gəlir?

Mərhəmət Mustafayev: Çox gəlirlər, gündə təxminən 500 nəfər.

Mehriban Əliyeva: Hansı ölkələrdən?

Mərhəmət Mustafayev: Bütün Avropadan, Səudiyyə Ərəbistanından, Amerikadan gələnlər var. Allah cənab Prezidentdən razı olsun.

Tarixin müxtəlif dövrlərində, təbii fəlakətlərə, repressiyalara və dağıntılara məruz qalmış Şamaxı Cümə məscidi Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində əsaslı təmir edilib. Prezident İlham Əliyev Fondun bu təşəbbüsünə dəstək olub, Azərbaycan – Şərq memarlığının incisi olan bu abidəyə ikinci həyat bəxş edib, xalqımızın əsrlərlə formalaşan zəngin irsinin və mədəniyyətinin qorunmasına, gələcək nəsillərə ötürülməsinə töhfə verib. Bərpa və yenidənqurma işlərinə 2010-cu ilin martında başlanılıb. 2013-cü il mayın 17-də Prezident İlham Əliyev məscidin açılışında iştirak edib. Beləliklə, bu məscid təkcə Şamaxı sakinlərinin deyil, ölkəmizə gələn qonaqların da ziyarət etdiyi müqəddəs məkanlardan biridir.

Mehriban Əliyevaya müqəddəs Qurani-Kərim hədiyyə edən məscidin imamı Mərhəmət Mustafayev dedi:

-Sizi Azərbaycanın, Şamaxının bu qədim məscidində salamlamaqdan çox böyük şərəf duyuram. Allah sizlərdən razı olsun. Burada sizlərin çox böyük zəhməti var. Allah cənab Prezidentdən razı olsun. Allahın kitabını, İnşallah, Sizə hədiyyə edirəm. Allah Sizi hifz eləsin.

Mehriban Əliyeva: Çox sağ olun.

Sonda xatirə şəkli çəkdirildi.

***

Mehriban Əliyeva: Xoş gördük, sizi salamlamağa çox şadam. Bu balacalar sizin nəvələrinizdir? Nə gözəl qızlardır.

Zamiq Səfərovun xanımı: Xoş gəlmisiniz. Allah Sizə cansağlığı versin.

Mehriban Əliyeva: Fevralın 5-də zəlzələ oldu, 7-də Şamaxıya Prezident gəldi və vəziyyətlə tanış oldu. Dərhal göstərişlər verdi, maliyyə vəsaiti ayrıldı. Mən çox şadam ki, yararsız, yəni, qəzalı binaların demək olar, yarısı artıq yenidən tikilərək istifadəyə verilib.

Səfərovlar ailəsi ən çətin anlarda onların yanında olmalarına və zəlzələnin törətdiyi fəsadların aradan qaldırılması üçün göstərdikləri köməyə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildirdi.

Sonda xatirə şəkli çəkdirildi.

Etikxeber.az

Read Previous

“Sizi görməyə çox şadam…” – BİRİNCİ LEDİ – FOTOLAR

Read Next

“Valideynləri və şagirdləri mənim adımdan təbrik edin…” – Birinci vitse-prezident və qızı məktəb açılışında – ŞAMAXIDA – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir