Birlikdə ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik – QƏNİRƏ PAŞAYEVA – FOTOLAR

Millət vəkili Qənirə Paşayeva Balıkesir Universitetində Balıkesir Universiteti və Türk Ocaqları Balıkesir şöbəsi tərəfindən təşkil edilən “Beynəlxalq Türk Kültürü və Mədəniyyəti Konqresi”nin açılışında, həmçinin,  panellərdə məruzə ilə çıxış edib.

Etikxeber.az-ın xəbərinə görə, millət vəkili çıxışlarında Türk dünyası siyasətçiləri, aydınları, yazar, şair, araşdırmaçı və jurnalistlərinə üz tutaraq Türk dünyasının müxtəlif bölgələrində yaşadığımız ağrı-acılara xüsusi həssaslıq göstərməyə çağırıb.

Q.Paşayeva aydınlara, KİV-lərə səslənərək topluma örnək olaraq, “bugünki və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq”- deyib:

“Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq”.

Bu gün Türk dünyasının mütəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili “güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik”- deyib.

“Azərbaycanın ümumimilli lideri Heydər Əliyevin Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir, Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür”– düşüncəsini xüsusi vurğulayan Q. Paşayev çıxışında Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından da danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır:

“Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq”.

42664151_1672322172879815_439218336534888448_n

42711610_1672322222879810_8708831536000008192_n

Bu məsələdə siyasətçilər, aydınlar, yazar, şair, araşdırmacı və jurnalistlərin üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili onları daha fəal olmağa çağırıb.

Q.Paşayeva “dədələrimiz birlik və bərabərlik içində bizə zəfərin yolunu göstərdi və yenə də birlik, bərabərliyimizi daha da gücləndirib zəfər qazanacağıq”- deyib.

Bu gün Türk dünyasının mütəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili  “güc birlikdədir və birlikdə bizə qarşı – ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik”- deyib:

“Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. İnşallah yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda, Şuşamızda, Xocalımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil. Allah insanımıza hər zaman hər yerdə yardımçı olsun”.

Etikxeber.az

Read Previous

Bakı və Azərbaycanın turizm brendləri yaranır – JALƏ ƏLİYEVA QDİƏT PM-DƏN SƏSLƏNDİ – FOTOLAR

Read Next

Almaniyanın müxtəlif şəhərlərində 40-dan çox diaspor təşkilatı var – YAŞAR MUSAYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir