Bitərəflər də MM-in buraxılmasına “HƏ” deyir – YENİLƏNİB

5-ci çağırış Milli Məclisin (MM) buraxılması barədə məsələ dekabrın 2-də parlamentdə müzakirəyə çıxarılacaq.

Etikxeber.az xəbər verir ki, bunu MM-in bu gün keçirilən plenar iclasının sonunda spiker Oqtay Əsədov deyib.

O, bildirib ki, dekabrın 2-də qanunverici orqanın iclası keçiriləcək: “İclasın gündəliyində bir məsələ var. Bu da YAP-ı təmsil edən deputatların Milli Məclisin buraxılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciətinin müzakirəsidir”.

***

Hazırda isə MM-də təmsil olunan müstəqil (bitərəf) deputatların toplantısı öz işinə başlayıb.

Toplantıda MM-in buraxılması ilə bağlı  məlum təşəbbüsün dəstəklənməsi məsələsi  və bu barədə parlamentə müraciət edilməsi müzakirə olunur.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Parlamentin iclası – BAŞLADI – OMBUDSMAN VƏ MM MƏSƏLƏSİ MÜZAKİRƏDƏ – SƏBİNƏ ƏLİYEVA İKİNCİ OMBUDSMAN OLDU – YENİLƏNİB – (2)

Read Next

“Yeni seçkilər demokratiyaya doğru daha bir addım olacaq” – DEPUTAT YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir