“Biz Azərbaycan və Türkiyə ilə üçtərəfli əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət veririk” – NAZİR

“Biz Azərbaycan və Türkiyə ilə üçtərəfli əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət veririk. Bu, bizim üçün çox vacibdir”.

Etikxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri jurnalistlərə müsahibəsində Gürcüstanın müdafiə naziri Levan İzoria söyləyib.

Nazir deyib: “Azərbaycan və Türkiyə ilə əlaqələrimizin həm ikitərəfli, həm də üçtərəfli inkişafı üçün istiqamətlər müəyyən olunub və biz buna uyğun olaraq fəaliyyətimizi davam etdiririk. Hazırda üçtərəfli əməkdaşlığın daha yüksək səviyyəyə çatdırılması istiqamətində işlər davam edir və biz qarşıya qoyulan məqsədlərə nail olacağıq”.

“Azərbaycan bizə yaxın qonşu və dost dövlətdir. Bizim çox yaxşı münasibətlərimiz var. Mən daxili işlər nazirinin müavini işləyərkən də azərbaycanlı həmkarlarımla çoxlu görüşlərim olub. Bu gün də həm dövlətlər səviyyəsində, həm də şəxsi münasibətlər müstəvisində dostluq əlaqələrimiz inkişaf edir” – deyə, L. İzoria daha sonra vurğulayıb.

Nazir Gürcüstan ilə NATO arasında əməkdaşlığın region üçün əhəmiyyət daşıdığını bildirərək deyib: “Türkiyə NATO-nun üzvüdür. Biz də həm Türkiyə, həm də NATO ilə sıx əməkdaşlıq edirik. Noyabrın 10-da NATO öz tarixində ilk dəfə Alyansa üzv olmayan ölkənin – Gürcüstanın ərazisində hərbi təlimlər keçirəcək. Fikrimcə bu, münasibətlərimizin yüksək səviyyədə olmasının göstəricisidir”.

Etikxeber.az

Read Previous

Saakaşvili istefa verdi

Read Next

“Bir millət, iki dövlət” prinsipinə sadiq qalacağam” – SƏFİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir