“Biz bir yerdə güclüyük!” – DEPUTAT – FOTOLAR

“Əziz dostlarım və idmansevərlər, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu,Azərbaycan Kikboksinq Federasiyası, Qusar Rayon İcra Hakimiyyəti və “Judo Club 2012” idman klubunun birgə təşkilatçılığ ilə Qusar Olimpiya Kompleksində Azərbaycan Milli Qəhrəmanı, kikboksçumuz Çingiz Qurbanovun xatirəsinə həsr olunan möhtəşəm peşəkar kikboksinq yarışı keçirildi. Qəhrəman balamız Çingiz Qurbanovun timsalında bütün şəhidlərimizi andıq. Yarış haqqında çox geniş yazmaq istəmirəm. Fotolardan yarışımızın necə keçməsi ilə bağlı təəssüratlar yaranır”.

adil-20

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili, Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev öz “Facebook” səhifəsində yazıb.

“Təkcə onu deyə bilərəm ki, bütün dostlarımla, idmansevərlərlə, media nümayəndələri ilə fəxr edirəm. Onlar Bakıdan və başqa regionlardan gəlib öz dəstəklərini göstərdilər”-deyə, qeyd edən A. Əliyevin yazdığına görə, yarışın möhtəşəmliyi onları daha başqa tədbirlər keçirməyə həvəsləndirir:

adil-21

“Allah Azərbaycanımızı qorusun.

Unutmayaq ki, biz bir yerdə güclüyük!”

Etikxeber.az

Read Previous

USD/AZN rəsmi məzənnəsi 1,7026 manat səviyyəsində müəyyən olundu

Read Next

Prezident olmaq istəyənlərin sayı 644 nəfərə çatdı – İRANDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir