“Biz bu katedralı birlikdə yenidən tikəcəyik” – MAKRON – MÜQƏDDƏS MƏRYƏM ANA KATEDRALINDA YANĞIN BAŞ VERDİ – FOTO – YENİLƏNİB – (1)

Fransa paytaxtında yerləşən müqəddəs Məryəm Ana katedralında yanğın baş verib.

Etikxeber.az xəbər verir ki, Prezident Emmanuel Makron, Baş naziri Eduard Filip və mədəniyyət naziri Frank Riyester yanğının baş verdiyi əraziyə gəliblər.

Alovun təmir işləri üçün yığılan tikinti materiallarından başladığı və qısa müddətdə şiddətləndiyi ehtimal olunur. Lakin hələlik yanğının baş vermə səbəbi ilə bağlı rəsmi məlumat verilməyib.

Hadisə nəticəsində zərər çəkənlərin olması barədə də məlumat yoxdur.

***

Məryəm Ana katedralında baş vermiş yanğınla bağlı təhqiqat işi başlayıb.

Parislilər Məryəm Ana katedralındakı yanğının söndürülməsi üçün təyyarə və ya vertolyotlardan istifadə edilməməsinin səbəbi ilə bağlı sosial şəbəkələrdə suallarla müraciət ediblər.

Mülki təhlükəsizlik xidməti izah edib ki, bu cür yanğınlarda təyyarə və vertolyotlardan istifadə edilmir. Çünki onlar texniki baxımdan belə şəraitə adaptasiya edilməyib.

Eyni zaman da, tonlarla suyun belə kövrək binalarda istifadəsi onların daha çox zərər çəkməsinə, hətta uçmasına səbəb ola bilər.

***

Məryəm Ana katedralındakı yanğının baş verdiyi əraziyə gələn prezident Emmanuel Makron yanğınsöndürənlərə təşəkkür edib.

Prezident yanğınla mübarizənin hələ də davam etdiyini vurğulayıb, lakin daha ciddi təhlükədən yan keçildiyini bildirərək deyib:

“Həmvətənlərimizin kədərini, daxili hisslərini anlayıram. Məryəm Ana katedralı bizim tariximizdir. Bu tariximiz yanır. Lakin biz bu katedralı birlikdə yenidən tikəcəyik. Dünyanın bütün istedadlı memarlarını dəvət edərək katedralımızı bərpa edəcəyik”.

Qeyd edək ki, ötən axşam böyük milli debatın nəticəsində həyata keçiriləcək islahatlar haqqında E.Makronun TF1 televiziya kanalında çıxışı olmalı idi. Lakin baş vermiş yanğına görə onun çıxışı başqa vaxta keçirilib.

Etikxeber.az

Read Previous

Müharibə veteranlarına prezident təqaüdünün aylıq məbləği 80 manat müəyyən olundu

Read Next

Daniele De Rossi mövsümü erkən başa vurdu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir