Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Qrup mərhələsində sonuncu oyunumuzdur, rəqibimiz isə İngiltərənin köklü klublarından “Arsenal”dır. Bu komandanın gücü hamıya bəllidir. Bilirik ki, rəqib bu mövsüm çox yaxşı nəticələr göstərir və İngiltərə nəhənglərindən biridir. Yaxşı oyun göstərmək üçün meydana çıxacağıq və çalışacağıq ki, özümüzü ən yaxşı formada göstərək.
Etikxeber.az verir ki, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin son turunda səfərdə İngiltərənin “Arsenal” klubu ilə oyunöncəsi mətbuat konfransında deyib.
Baş məşqçi, həmçinin bildirib:
“Biz həmişə aqressiv olmağa çalışmışıq. Ümumiyyətlə, bugünkü futbol həddən artıq sürət və aqressiya tələb edir. Biz Unay Emerinin meydana hansı heyəti buraxacağını yox, məhz “Arsenal”a qarşı oynayacağımızı düşünməliyik. Rəqibin hər bir futbolçusunun dəyəri həddən artıq yüksəkdir. İngiltərə Premyer Liqası dünyanın ən aqressiv, ən sürətli çempionatlarındandır. Belə komanda ilə başabaş mübarizə aparmaq çətin olacaq. Amma istənilən halda belə komandaya qarşı maksimum aqressiv olmasaq, problemlərimiz və çətinliklərimiz həddən artıq çox olacaq”
O, sonra “Bu cür komandalara qarşı oynamaq üçün fiziki gücümüz çox, özümüz xeyli hazırlıqlı olmalıyıq. Bunlar bir gün və ya bir ayın içində olan məsələ deyil. Komanda ilboyu belə səviyyədə oyunlar keçirməlidir. Unay Emeri həddən artıq sürətli futbola üstünlük verir. Biz belə məsələlərin üzərində işləyə bilərik. Çətinlik çəkməmək üçün futbolçu illərlə bu cür səviyyəli oyunlarda iştirak etməlidir. Amma fərqin həddən artıq böyük olduğunu etiraf etməliyik.
Ola bilsin, mənim fiziki hazırlığım öz səviyyəmizdə, öz çempionatımızda seçilirdi. Lakin indi futbol tam fərqlidir. Güc futbolu oynamaq olar, amma düşünmə qabiliyyəti, topla davranış, hərəkətdə olmaq bu gün daha önəmlidir. Belədə futbolçu avtomatik düşünmə qabiliyyətini yaxşılaşdırır, özü də bilmədən fiziki baxımdan inkişaf edir. İngiltərə Premyer Liqası dünyanın ən güclü çempionatlarındandır. Belə şəraitdə məşq edib oynamaq lazımdır ki, fiziki və texniki səviyyəni artırasan. Amma təəssüf ki, biz bu sürətdən, bu futboldan xeyli geriyik”– deyə, əlavə edib.
Etikxeber.az