“Biz də kənarda qalmayacağıq…”-DEPUTAT BİLƏSUVARIN MƏKTƏB PROBLEMİNİ QABARTDI – FOTOLAR

Məktəbdə informatika otağı, idman zalı, yeməkxana, akt zalı, sanitar qovşaq, su təchizatı, habelə istilik sistemi yoxdur.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.

Bildirib ki, Biləsuvar rayonu Çınarlı kənd tam orta məktəbininin müəllimi Aybəniz Əliyevanın kollektivləri adından müraciəti əsasında həmin məktəbdə olub, müəllimlərlə görüşüblər.

“Məktəb biri qəzalı olmaqla iki binadan ibarətdir. 5 otaqlı yeni bina 15 il öncə tikilsə də zirzəmisində havalandırma olmadığı üçün bəzi otaqlarda döşəmələri çürüyüb, bir otaqda isə tavandan su damır. Məktəb direktorunun dediyinə görə iki növbədə dərs keçilsə də, bir sinifə yer çatmadığından həmin şagirdlər köhnə qəzalı binada dərslərə girməli olur. Həmçinin kitabxana, labaratoriya, hərbi otaq da qəzalı binada yerləşir. Məktəbdə informatika otağı, idman zalı, yeməkxana, akt zalı, sanitar qovşaq, su təchizatı, habelə istilik sistemi yoxdur. Müəllimlərin istəyi qəzalı binanın yerində yeni məktəbin tikilməsidir və məsələ ilə bağlı yaxın günlərdə aidiyyatı strukturlara müraciət edəcəyəm.

Problemin olması qorxulu deyil, biz o zaman narahat olmalıyıq ki, problem görməzdən gəlinə. Görünən də odur ki, dövlətimiz bu kimi problemlərə xüsusi həssaslıqla yanaşır. Xüsusən, Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində son 15 ildə ümumiyyətlə Azərbaycan tarixində tikilmiş məktəblərin ümumi sayından daha çox təhsil ocağı tikilib. Bu mənada biz də kənarda qalmayacağıq və yaxın 2 il ərzində Biləsuvarda 3 məktəb yenidən tikiləcək, 4 məktəb isə əsaslı təmir olunacaq”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

9 günlük Novruz tətili başlayır-SABAHDAN

Read Next

“Azərbaycan milli maraqların və sivil dünyanı təhdid edən terrorizmlə mübarizə işində ABŞ-la yaxından işbirliyinə malik olan dövlətlərdəndir”-MİLLƏT VƏKİLİ BAYDENİN TƏBRİKİNDƏN DANIŞDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir