“Biz dostdan daha çox qardaşlıq əlaqələri ilə bir-birinə bağlanmış, xəyalları və hədəfləri eyni olan türk millətinin övladlarıyıq”-BAXÇALI İLHAM ƏLİYEVƏ TƏBRİK MƏKTUBU GÖNDƏRDİ

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Etikxeber.az-ın xəbərinə görə, təbrikdə deyilir:

“Cənab Prezidentim.

Türkiyə və Azərbaycan “Bir millət, iki dövlət” prinsip və düşüncəsinin tarixdə təsdiqini tapmış nadir və güclü ölkələrdir.

Biz dostdan daha çox qardaşlıq əlaqələri ilə bir-birinə bağlanmış, coğrafi cəhətdən fərqli olsa da, xəyalları və hədəfləri eyni olan türk millətinin övladlarıyıq.

2020-ci il problemlərlə dolu mürəkkəb il olsa da, Zati-alinizin liderliyi ilə qəhrəman əsgərlərinizin mübarizəsi nəticəsində Qarabağda möhtəşəm bir zəfər qazanılıb.

Bu qələbə haqq işinin, haqq-ədalətə riayət edən bir inancın mükafatıdır.

Heç şübhəsiz, Ankara və Bakının ürəyi bir döyünür.

Tarix və millət qarşısında iftixarla bildirmək istəyirəm ki, iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə, layiq olduğu səviyyəyə çatmasına Sizin də böyük töhfələriniz vardır.

Zati-alinizin və Sizin şəxsinizdə bütün azərbaycanlıların Yeni ilini ən dərin hisslərimlə təbrik edir, səmimi salamlarımı və ehtiramımı bildirirəm”.

Etikxeber.az

Read Previous

Milli Qəhrəmanlara və ümumi səbəblərdən I dərəcə əlilliyi olan şəxslərə verilən Prezident təqaüdü-ARTIRILDI – FƏRMANLAR – YENİLƏNİB

Read Next

“2020-ci il tarixdə Qələbə ili kimi qalacaq…Bundan sonra əgər kimsə Azərbaycan xalqını təhqir etməyə çalışsa, elə dərsini alacaq ki, o 44 günlük müharibə onun yanında yalan olacaq…”-ÖLKƏ PREZİDENTİ AZƏRBAYCAN XALQINA MÜRACİƏT ETDİ – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir