“Biz evcilik oynamırıq” -deyən AKŞƏNƏRDƏN İNCƏYƏ VƏ MHP-YƏ SƏRT TƏPKİ…

Akşənərlə Kılıcdaroğlu İncəyə qarşı cəhbə açdı…

Türkiyədə 24 iyun parlament və prezident seçkiləri başa çatsa da, onun ətrafında müzakirələr, qarşılıqlı ittihamlar səngimək bilmir.

Etikxeber.az-ın xəbərinə görə, xüsusilə də, müxaliflərin birləşdiyi Millət İttifaqında yer alan partiyalar daxilində gərginliklər pik həddinə çatmaqdadır.

Ən çox gərginliklərin yaşandığı və qarşılıqlı ittihamların göylərdə “uçuşduğu” partiya isə “ana müxalifət” partiyası olan CXP-dir.

INCE-KILIC

Partiyanın parlament seçkilərində 22 faizlik səs alması, xüsusən də, prezidentliyə namizəd Muharrem İncənin prezident seçkilərində öz təşkilatından 8 faizdən çox səs toplaması anti-Kılıcdaroğluçuları hərəkətə keçirib.

Partiyadakı rəqibləri, İncənin rəhbərlik etdiyi “solçuların solçuları” qanadı Kamal Kılıcdaroğlunu məlum uğursuzluğun baş hədəfi kimi göstərməkdə və onun istefasını tələb etməkdədirlər.

İncə özünü heç nədən xəbəri olmamış və heç nəyi dizayn etməmiş kimi göstərməyə cəhd etsə də, “Kılıcdaroğlunun qarşısına bir daha rəqib kimi çıxmayacağam, bu, mənim vəfa borcum” desə də, hər şeyin onun planlaşdırdığı, istefa tələblərinin arxasında onun dayandığını göstərir.
Hələlik Kılıcdaroğlu ilə görüşməsələr və bir-birilərini açıq şəkildə ittiham etməsələr də, amma ikili arasında əvvəldən mövcud olan çatların daha da artdığı açıq-aşkar görünməkdədir.

Dünən seçkilərdən sonra ilk dəfə partiya rəhbərliyi ilə bir araya gələn və ilk dəfə kameralar önünə keçən Kılıcdaroğlunun istefa verəcəyi ehtimal edilsə, o, genəl başqanlıqdan asan-asan vaz keçməyəcəyini nümayiş etdirib və bu azmış kimi, partiyadaxili rəqiblərini də hədələməkdən çəkinməyib.

“CXP kürsü sevdalıların partiyası deyil. Belə düşünün adamların bizim aramızda yeri yoxdur və ola bilməz. Biz seçkilərdə divarın bir qismini aşdıq, gələn il keçiriləcək bələdiyyə seçkilərində də qalan hissəni aşmağı hədəfləyirik. Artıq bu istiqamətdə də təlimatlarımı vermişəm”– deyərək, CXP rəhbərliyindən geyməyəcəyinin, sonacan dirəniş göstərəcəyinin anonsunu verib.

Eyni zamanda üstüörtülü şəkildə olsa da, İncəyə də sərt icmarıcını “təbrikləşmə” məsələsi üzərindən göndərib.

Yəni, İncənin Türkiyənin yeni prezidentini təbrik etməsini qəbul etmədiyini və bunu qarşılğının gecikməyəcəyini, İncə tərəfdarlarının etirazlarının qarşısının alınacağını nümayiş etdirib.

ankara-chp-2aa

ankara-chp-aa

Ancaq İncə tərəfdarları da asan təslim olmayacaqlarını, istefa tələblərində israr edəcəklərini bəyan edirlər.

Belə ki, CXP-nin mərkəzi ofisi önünə toplaşan anti-Kılıcdaroğluçular dağılışmayıblar, bütün gecə boyu istefa şüarlarını səsləndiriblər.

Hətta, oturaq etiraz aksiyasına başladıqlarını da bildiriblər…

aksener-son

Eyni zamanda, Millət İttifaqında yer alımış Meral Akşənərin “İyi Parti”si ilə CXP, xüsusən də, İncə arasında gərginlik açıq həddə çatıb.
Akəşənər İncənin onu və “İYİ Parti”ni az səs alaraq, AKP-nin və Ərdoğanın qələbə qazanmasına dolayısı ilə şərait yaratmaqda, ikinci turun məhz onun üzündən yaşanmamasında suçlamasına çox sərt təpki göstərib.

İroniyalı şəkildə qeyd edib ki, İncənin bu yöndə ittihamlarına heç cür qatılmır və ünvanına səslənənləri əsassız sayır.

Özünün və partiyasının mövcud şərtlər daxilində normal səs aldığını, Türkiyədə “İYİ Parti” gerçəyinin yaşandığını deyən Akşənər artıq CXP, daha çox da İncə ilə yollarının ayrıldığını da nümayiş etdirib.

Həmçinin, keçmiş MHP-li olan “İYİ Parti”lilərin yenidən həmin partiya ilə TBMM-də bir araya gələ bilməyəcəyinin anonsunu verib:

“Biz evcilik oynamırıq”.

Partiyada aszaylı istefa tələblərinin yer almasına baxmayaraq, Akşənər istefa verməyəcəyini və partiyasını daha güclü şəkildə növbəti seçkilərə hazırlayacağını da bəyan edib.

Kamil HƏMZƏOĞLU
Etikxeber.az

Read Previous

Azərbaycanlı deputat “AVRONEST”-də vəzifə aldı

Read Next

Millət vəkilindən Ordu ilə bağlı iki status-iki baxış…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir