“Biz İraqda, amerikalı dostlarımızla birgə, ermənilərin Amerikada terror ideyalarını rahatca yaya bilməsi üçün mübarizə aparmamışıq”-DEPUTAT ABŞ-IN DÖVLƏT KATİBİ VƏ ƏDLİYYƏ NAZİRİNƏ SƏRT MƏKTUB ÜNVANLADI

Millət vəkili Bəhruz Məhərrəmov ABŞ Baş Prokuroru (Ədliyyə naziri) Uilyam Barr və Dövlət katibi Mayk Pompeoya məktub ünvanlayıb.

Etikxeber.az-ın xəbərinə görə, bu haqda millət vəkilinin özü məlumat varib.

O, deyib:

“Bildiyimiz kimi, ötən gün Los Ancelesdə yaşayan yüzlərlə erməni Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun binasını əhatəyə alaraq ölkəmizə qarşı aqressiv və təxribatçı şüarlarla etiraz aksiyası keçirmiş daha sonra hücum edərək 7 soydaşımıza xəsarət yetirmişdir.

Azərbaycanın Los Ancelsdəki Baş Konsulluğu dərhal aidiyyatı orqanlarla əlaqəyə keçərək erməni özbaşınalığına görə ciddi narahatlıq ifadə ediblər.

Bu gün məsələ ilə bağlı ABŞ Baş Prokuroru (Ədliyyə naziri) Uilyam Barr və Dövlət katibi Mayk Pompeoya məktub ünvanlamışam və məktubun məzmununu tərcümə edib sizinlə paylaşıram:

Hörmətli …

Mən Bəhruz Məhərrəmov Azərbaycan Parlamentinin, habelə Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvüyəm. Parlamentin üzvü olmazdan 16 il əvvəl ömrümün 1 ilini Sizin əsgərlərlə birgə İraqda keçirmişəm.

İraqın o zaman ən gərgin regionlarından olan Hadita şəhərində biz Azərbaycan və Amerika əsgərləri bir-birimizə həyatımızı etibar etmiş, gələcəkdə xalqlarımızın sülh şəraitində, terorsuz bir dünyada yaşaması üçün əllərimizdə silah mübarizə aparmışıq.

Biz hər şeydən öncə səylərimizin nəticə verəcəyinə ürəkdən inanmış, bu yolda qurbanlar verməkdən çəkinməmişik.

Lakin təəssüflə qeyd edim ki, dünən Los Ancelsdə geyimlərində A.S.A.L.A beynəlxalq terror təşkilatının adı və loqosu olan yüzlərlə erməni Amerika polisinin gözü önündə azərbaycanlılara hücum etmişdir.

Yəqin qəbul edərsiz ki, bu, utancverici bir aktdır. ABŞ və Azərbaycanın təhlükəsiz gələcəyi naminə mübarizə aparmış biri kimi ABŞ-da baş verənlər və hökumətinizin məsələdə səssizliyi məni ciddi narahat edir.

Cənab …., xahiş edirəm məsələni nəzarətə götürərək azərbaycanlılara hücum aktına və terror ideyalarını təbliğinə görə həmin ideyalarının daşıyıcıları olan ermənilərin cəzalandırılmasını təmin edəsiniz.

Bir daha xatırlatmaq istəyirəm, biz İraqda, amerikalı dostlarımızla birgə, ermənilərin Amerikada terror ideyalarını rahatca yaya bilməsi üçün mübarizə aparmamışıq!”

Etikxeber.az

Read Previous

Bakıdan Zərdabacan anılan-BÖYÜK ZƏRDABİ… – FOTOLAR

Read Next

“Tovuz rayonunun Ağdam kəndində və Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub”-MÜDAFİƏ NAZİRLİYİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir