Məncə, Azərbaycanda yas mərasimlərinin illər boyu klişələşmiş formasını dəyişmək barədə düşünmək lazımdır.
Bütün məclislərin ağası-yuxarı başda bərqərar olan savadsız “mollabacılar” “Quran”dan əzbərlədikləri 4-5 ayəni , bir neçə hədisi iki-üç saat moizə etməklə, mərhumun, onun yeddi arxa dönəninin-ənvatının ruhuna Fatihə verməklə, ara-sıra da “ağız deyəni qulağın duymadığı” salonda sakitliyi bərpa eləməyə cəhd göstərməklə, yeməyin verilməsini tezləşdirmək qayğısını da unutmur.
Məclislərdə görəvini başa vurduqdan sonra “zəhmət haqqını” alıb məkanı tərk edərkən də bu xanımlar evinində bişirməyə macal tapmadıqları naharı da bu məclisdən apardıqları payla kompensasiya etməyi unutmurlar.
Onlar üçün məhrumun kimliyi o qədər də vacib və maraqlı deyil.
Əsas odur ki, “gedib aramızdan gözəl bir insan, onun həqqindədir(!) oxunan “Quran”, verilən ehsan” deməyi unutmasın!
Elə məclisə gələnlərin bir çoxu da kiminsə xətrinə dünyasını dəyişən insana “son borcunu verməyə” gəlir.
Gedənin kimliyi sanki heç kəsin umurunda deyil.
Bu insanın cəmiyyətdə yeri, mövqeyi, xidmətləri sanki heç kəsin yadaına belə düşmür.
Biz niyə beləyik?
Bilən varsa, müzakirəyə hazıram!
Telli PƏNAHQIZI,
Etikxeber.az