Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
ERMƏNİ LOBBİSİ NİYƏ BU QƏDƏR GÜCLÜDÜR?
Ermənistanın baş naziri Nikol Paşinyanın bu gündən Amerika Birləşmiş Ştatlarına səfəri başladı. Paşinyanın Amerikada səfər proqramını nəzərdən keçirdim. O, Amerikada harada olacaqsa, bu ölkədəki ermənilərlə görüşəcək. Paşinyan səfərinə Los-Ancelesdən başlayacaq, o, burada Qrand-park deyilən yerdə yerli ermənilərin mitinqində çıxış edəcək.
Paşinyan ayrıca Los-Ancelesdə erməni mediasının nümayəndələri ilə görüşəcək. Paşinyan Los-Ancelesdən San-Xoseyə keçərək Silikon vadisindəki yüksək texnologiyalar mərkəzləri ilə tanış olacaq, eyni zamanda oradakı erməni proqramçılarla görüşəcək. Paşiyan Nyu-Yorka gedərək BMT Baş Assambleyasında çıxış edəcək. Paşinyan hətta, Nyu-Yorkda da erməni diasporunun təmsilçiləri ilə görüş fürsətini əldən verməyəcək.
Etikxeber.az xəbər verir ki, bunu politoloq Exan Şahinoğlu deyib.
“Mərhum dövlət başçısı Heydər Əliyev də getdiyi ölkələrdə, o, cümlədən Amerikada azərbaycanlı icmasının nümayəndələri ilə görüşər və fikir mübadiləsi aparardı. Çünki xarici ölkələrdə yaşayan soydaşlarımızın Azərbaycan dövlətinin aparacı fiqruları ilə birbaşa ünsiyyəti vacibdir. Aydındır ki, Amerikada ermənilərin sayı azərbaycanlıların sayından dəfələrlə çoxdur. Ancaq azsaylı da olsa azərbaycanlı diaspora nümayəndələri ilə mütəmadi görüşlərə ehtiyac var”-deyən politoloqun sözlərinə görə, bu, yalnız Diaspora Komitəsinin rəhbərinin işi olmamalıdır, digər rəsmilər də getdikləri hər yerdə azərbaycanlılarla görüşməli və fikir mübadiləsi aparmalıdırlar.
“Məsələn, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da Nyu-Yorka gedir. O, BMT Baş Assambleyasında çıxış etməli və erməni həmkarıyla görüşməlidir. Görəsən, cənab Məmmədyarovun Nyu-York proqramında bu şəhərdə yaşayan azərbaycanlılarla görüşü yer alıbmı? Belə bir görüş proqramda yoxdursa, onda Amerikadakı erməni lobbisinin Azərbaycan əleyhinə fəallığından şikayətlənməli deyilik, biz passiv olacağıqsa, onlar bu boşluğu Amerikada, Fransada və digər ölkələrdə asanlıqla dolduracaqlar…”-deyə, o, sözlərinə əlavə edib.
Etikxeber.az