Biz unutmamalıyıq ki, heç bir haqlar başqalarının hüquqlarının pozulması üzərində həyata keçirilə bilməz. Münaqişə zonasında yaşamış insanlar orada yaşamağa davam edən insanlarla bərabər hüquqlara malikdirlər.
Etikxeber.az xəbər verir ki, bunu Azərbaycanın ATƏTPA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova qurumun Demokratiya, İnsan Hüquqları və Humanitar Məsələlər üzrə Komitəsinin iclasında deyib.
“Buna müvafiq olaraq, Dağlıq Qarabağdan və Azərbaycanın ona bitişik yeddi rayonundan didərgin salınmış Azərbaycan icmasının təmsilçiləri hazırda orada yaşayan ermənilərlə eyni hüquqlara malikdirlər”-deyən vitse-spiker Ermənistan nümayəndələrinin müxtəlif beynəlxalq tədbirlərdə təcavüz faktını, onların ölkəsi tərəfindən Azərbaycan ərazilərinin beşdəbir hissəsinin işğal olunmasını və erməni tərəfinin törətdiyi hərbi cinayətləri dəfələrlə ört-basdır etməyə cəhd göstərdiklərini həmkarlarının diqqətinə çatdırıb.
Etikxeber.az