“Biz Vətəni qoruyarkən ölmürük, Şəhid, ölümsüz və ya Qazi, şahid oluruq. Siz Vətəni satmağa cəhd, dövlətə xəyanət edən zaman nəyinizi, kimlərinizi satırsınız?”-QAZİ ZAMİQ MƏNSİMLİ YAZDI

Bizimlə heç kim, heç vaxt, heç bir yerdə təhdidlə danışa, ərazi bütövlüyümüzə əl, dövlətimizə, dövlətçiliyimizə dil uzada, dinimizə şübhə ilə yanaşa bilməz.

Bütün dünyaya məlumdur ki, Ermənistan 30 ilə yaxın Azərbaycanın dilbər guşəsi olan Qarabağımızı işğalda saxlayıb, xalqımıza ağır mənəvi və maddi ziyan vurub.

İşğalın mənəvi tərəfi olduqca sarsıdıcı olmuş, belə ki, Ermənistan ata-baba yurdumuzu, mədəni irsimizin nümunələri olan tarixi abidələrimizi, məscidlərimizi viran qoyub, minlərlə insanımız Şəhid edilib, bir milyondan artıq insanımız öz ata-baba ocağından didərgin salınıb, işğal edilmiş rayonlarımızın xarabalıqlara çevrilməsi nəticəsində ölkəmizə milyarlarla manat dəyərində maddi ziyan dəyib.

Ulu Öndərimiz Heydər Əliyev, cənab Prezident İlham Əliyev torpaqlarımızın hər zaman sülh yolu ilə geri qaytarılmasına ciddi səy göstərmiş, Ermənistan isə hər zaman havadarlarının köməyi ilə və müxtəlif vasitələrlə buna mane olmağa çalışmışdır. Müxtəlif vaxtlarda cəbhə xəttində təxribatlara əl atmış, atəşkəsə, torpaqlarımızın qeyd-şərtsiz işğaldan azad olunması barədə BMT-nin qəbul etdiyi qətnamələrə əməl etməmişdir. Nəhayət 27 sentyabr 2020-ci il tarixində Ermənistan tərəfinin cəbhədə növbəti təxribatının qarşısının alınması və əks-hücum əməliyyatlarının aparılması ilə başlanan Vətən müharibəsi, Ermənistanın 44 gün davam edən bu müharibədə həm mənəvi, həm fiziki olaraq məğlub olması, 10 noyabr 2020-ci ildə Ermənistan baş nazirinin məcbur təslim aktını imzalaması yaxın tariximizə şərəflə, özü də qanla yazılmışdır.Bütün bunlar bütün dünya ölkələrinin gözü önündə baş vermiş, Azərbaycan öz suveren hüququndan istifadə edərək ərazi bütövlüyünü bərpa etmişdir.

Torpaqlarımızın işğal altında olduğu müddətdə dövlətimizə dünya dövlətlərinin münasibətini izah etmək istəmirəm, çünki, Azərbaycanın nəinki regionda, bütün dünyada xüsusi çəkisinin artmasını, dünyanın aparıcı ölkələrinin daim diqqət mərkəzində olmasını, Azərbaycanla hesablaşmalarını qeyd etmək kifayət edir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın gündən-günə dünyada artan nüfuzu, siyasi və iqtisadi əlaqələrimizin durmadan inkişafı cənub qonşuluğumuzda qərar tutan molla rejimini nədənsə ciddi narahat edir. Ermənistanı başa düşürük düşmən dövlətdir, müharibədə məğlub olub, təhdid dili ilə danışmağa, revanş mesajları yağdırmağa səy göstərir.Bəs cənub qonşumuz İran İslam Respublikasının molla rejiminə nə olub?

İstər 30 illik işğal dövründə, istərsə də Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qüdrətli ordumuz erməni tapdağında olan torpaqlarımızı qanı bahasına azad edəndə molla rejimi harada idi? Allahın evi olan məscidlərimizdən erməni donuzlarını çıxarıb orada ilk azan verən, məscidləri murdarlıqdan öz əllərimizlə silib-təmizləyən biz olmuşuq. Bütün dünya, müsəlman ölkələri və molla rejimi bunun şahididir. 30 ildən sonra erməni terrorçuları tərəfindən xarabalıqlara çevrilmiş, işğaldan azad olunan torpaqlarımızda dağıdılmış məscidləri cənab Prezident və dəyərli Mehriban xanım ziyarət etdilər, həmin məscidlərə müqəddəs dini kitabımız olan Qurani Kərim hədiyyə etdilər, dualar oxudular, molla rejimi yox. Cənab Prezidentin tapşırığı ilə həmin məscidlər bərpa olunmağa, yenidən qurulmağa başladı və bu gün həmin məscidlərimizdə azanlar verilir, dualar oxunur, namazlar qılınır. Xatırladım ki, cənab Prezident İlham Əliyevin tapşırığına əsasən 2016-cı ildə işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində Şuşa məscidinin bənzəri olan məscid tikilmişdi. Bu hadisə vaxtında Ermənistana verilmiş bir mesaj idi.

Cocuq Mərcanlıda Şuşa məscidinin bənzərinin inşası həm də o demək idi ki, gün gələcək Şuşadakı məscid də bərpa edəcəyik və cənab Prezident bunu etdi. Məscidin tikilməsi həm də 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsinə dəyərli töhfə olmuşdu. Molla rejimi bu ötən 30 il ərzində bircə dəfə də olsun səsini çıxarıb erməni dostlarına dedimi ki, işğal altında saxladığınız, dağıdıb xarabalıqlara çevirdiyiniz, donuz, mal-qara saxladığınız əzəli Azərbaycan torpaqlarında olan məscidlər həm də Allahın evidir.Bu gün ölkəmizdə islami dəyərlərə molla rejimindən daha çox əməl olunur. Hər kəs istədiyi zaman məscidlərə getməkdə, namaz qılmaqda, oruc tutmaqa, islamın digər vacib sayılan əməllərini yerinə yetirməkdə sərbəstdir.

Hər il ölkəmizdə Qurban və Ramazan bayramları dövlət səviyyəsində qeyd olunur. İslam dini yaxşı əməlləri özündə ehtiva edir. Başqa dövlətin maraqları naminə öz ölkəsində çirkin əməllər törətmək, suyunu içib, havasını udduğu ana vətəninə xor gözlə baxmaq nəinki islam dininə xas deyil, heç bir dini inanca sığmır. Bu gün dırnaqarası islam dini inancı adı altında ölkəmizdə pərdələnib molla rejiminə xüsusi rəğbət bəsləyən, çirkin yollarla əldə etdikləri maliyyə mənbələri hesabına daha çox maddi cəhətdən ehtiyacı olan, iradəsi olduqca zəif olan şəxsləri ətraflarına toplamağa çalışan, başqa dövlətin maraqlarına xidmət edən, ana vətəninə, dövlətinə xəyanət edən yenə də dırnaqarası dindarlara səslənirəm: 30 il erməni tapdağında olan torpaqlarımızı işğaldan azad edərkən şəhadətə yüksəlmiş şəhidlərimizin ruhuna necə cavab verəcəksiniz, qazilərimizin itirilmiz sağlamlıqlarını necə bərpa edəcəksiniz?

Sizin molla rejiminə olan xüsusi rəğbətiniz hardan qaynaqlanır? Uğrunda canımızı verib, qanımız axan vətən torpaqlarına, dövlətə xəyanət etmək cəhdləriniz heç bir zaman baş tutmayacaqdır. Azərbaycan dövləti, xüsusi xidmət orqanları sizin çirkin niyyətlərinizi elə yuyulmuş beyinlərinizdə həbs edəcəkdir.

Biz vətənimiz Azərbaycanın ərazi bütövlüyünü qanımız bahasına bərpa etmişik. Biz vətəni qoruyarkən ölmürük, şəhid oluruq, ölümsüz oluruq ya qazi oluruq, şahid oluruq. Siz vətəni satmağa cəhd edən zaman, dövlətə xəyanət edən zaman bir daha düşünün, nəyinizi, kimlərinizi satırsınız?

Biz Vətən anadır, vətənə xəyanət anaya xəyanətdir. Hanı bəs “cənnət anaların ayaqları altındadır” dediklərinizə özünüzün sədaqətiniz? Vətən anadır, vətənə xəyanət anaya xəyanətdir. Hanı bəs “cənnət anaların ayaqları altındadır” dediklərinizə özünüzün sədaqətiniz?

Bizimlə heç kim, heç vaxt, heç bir yerdə təhdidlə danışa, ərazi bütövlüyümüzə əl, dövlətimizə, dövlətçiliyimizə dil uzada, dinimizə şübhə ilə yanaşa bilməz.

Biz Ulu Öndərin bizə miras qoyduğu Qüdrətli Azərbaycanı Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə hər zaman qorumağa, bütün təhdidlərə istənilən formada cavab verməyə hazırıq və 44 günlük Vətən müharibəsindən bütün dünyanın şahidlik etdiyi kimi qadirik.

Zamiq MƏNSİMLİ,

Vətən müharibəsi iştirakçısı-Qazisi, Ehtiyatda olan baş leytenant

Etikxeber.az

Read Previous

“Paşinyanı devirməyə qalxanlardan biri də İran idi…Azərbaycanla savaşdıqca, İran Azərbacanlaşacaq! “-ZAHİD ORUC YENƏ KƏSKİN DANIŞDI

Read Next

“Yeni yüklərin Orta Dəhliz üzrə nəql edilməsi üçün çox gözəl imkanlar var”-İLHAM ƏLİYEV QƏBƏLƏDƏN BƏYAN ETDİ – FOTOLAR – YENİLƏNİB – (11)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir