“Bizdə ciddi su çatışmazlığı problemi var, israfa, itkilərə çox yol verilir”-SAMİR ŞƏRİFOV

Su, suvarma məsələsi ilə bağlı Dövlət Komissiyası fəaliyyət göstərir. Həmin Komissiyaya da Baş nazirin müavini Şahin Mustafayev rəhbərlik edir.

Etikxeber.az xəbər verir ki, bunu parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında deputatların yerlərdə-bölgələrdə su çatışmazlığı problemi ilə bağlı iradlarını cavablandıran Maliyyə naziri Samir Şərifov deyib.

O, qeyd edib ki, həmin Komissiya tərəfindən su, suvarma məsələlərinə nəzarət həyata keçirilir.

“Burada səsləndirildi ki, yerlərdə su çatışmazlığını, suvarma məsələlərini həll etmək üçün subartezian quyuları qazılsın. Hesab edirəm ki, hər yerdə bu quyuları qazmaq mümkün deyil. Gərək o yerlərdə qazılsın ki, orada yeraltı su resursları olsun. Bu da hər yerdə mümkün deyil. Eyni zamanda, bizdə çox böyük su israfçılığı var. Cənab Prezident də çıxışında bunu dedi. Təsəvvür edin, bu gün “A” məntəqəsindən “B” məntəqəsinəcən suyun 50 faizi israf olunur, itkiyə gedir. Bu isə nəticə etibarı ilə su çatışmazlığı yaradır. Biz gərək su məsələsində israfçılığın qarşısını alaq, itkilərə yol verməyək. Çünki bizdə çox ciddi su çatışmazlığı problemi var. Bununla belə, bu məsələnin həllində beynəlxalq qurumlar Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar. Onların təklifləri ortadadır və həmin təkliflər dəyənləndirilir. Hesab edirəm ki, bu əməkdaşlıq gələcəkdə su çatışmazlığı probleminin həllində müəyyən müsbət nəticələr verə bilər”-deyə, nazir sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Millət vəkilləri iyunun 5-də-4 MƏSƏLƏNİ MÜZAKİRƏ EDƏCƏK, KORRUPSİYAYA QARŞI MÜBARİZƏ ÜZRƏ KOMİSSİYANIN ÜZVLƏRİNİ SEÇƏCƏKLƏR…

Read Next

“Baxmayacaqsınızsa, baxa bilməyəcəksinizsə, dünyaya gətirməyin! Bir günlük, bir anlıq həvəs xətrinə, onları bədbəxt etməyin!”-JALƏ ƏLİYEVA VALİDEYNLƏRƏ VƏ “DÜNYA BAŞBİLƏNLƏRİ”NƏ SƏSLƏNİŞ ETDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir