Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Mədəniyyətə, mədəniyyət anlayışına yanaşmamızı artıq dəyişməliyik.
Hər şeyi dövlətdən gözləməməliyik.
Etikxeber.az-ın xəbərinə görə, bunu mədəniyyət naziri Əbülfəs Qarayev deyib.
O, qeyd edib ki, bu gün dünyada mədəniyyət sahəsində yeni bir mərhələ-kreativ sənaye mərhələsi yaşanır.
“Hesab edirəm ki, artıq bizdə də kreativ sənayenin yaradılmasına və formalaşdırılmasına ehtiyac var. Bu, yeni bir sahədir və çox əhəmiyyətlidir. Biz artıq hər bir məsələnin həllini dövlətin üzərinə atmamalıyıq, hər şeyi dövlətdən gözləməməlyik. Özümüz də fəal, təşəbbüskar olmalıyıq. Odur ki, kreativ sənayenin yaradılmasına və formalaşdırılmasına cəhd etməliyik. Burada da cəmiyyət, tanınmış insanlar, ziyalılar yaxından iştirak etməli, öz töhfələrini verməlidirlər”-deyə, nazir sözlərinə əlavə edib.
Etikxeber.az