“Bizdə aqranomlara, baytarlara, mexaniklərə, yaxşı işıq, qaz ustalarına ehtiyac var” – DEPUTAT GƏNCLƏRƏ SƏSLƏNDİ

Rüfət QULİYEV: “Məəttəl qalmışam ki, insanlar niyə belə biganədir?  Deyirəm ki, gəl, danış, yaxşı, müsbət təcrübəni göstər, yay, Azərbaycan, bütün dünya görsün ki, sən bu işlə məşğulsan, sən ailəni necə dolandırırsan, maddi problemlərini həll edirsən və sair. Amma çox təəssüflər olsun ki, çoxu gəlmir, danışmır…”

Cavanlara üzümü tutub deyirəm ki, çalışqan olsunlar, oxusunlar, çalışsınlar, daha yaxşı, daha yeni-yeni yeni işlər, peşələr var, bunlara yiyələnsinlər. Bu gün bizdə ən böyük problem texniki personaldır.

Bu gün rayonlarda loru dildə desək, peşəkar qaz ustası, işıq ustası, nə bilim kafel düzən, çox azdır, yox dərəcəsindədir. Olanların da hamısının ən azı 50-60 yaşı var. Amma bu cür ustalar, peşəkarlar çox olmalıdır. Bu gün bunlara çox ehtiyac var.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili, professor Rüfət Quliyev deyib.

“Əgər sən həyatının birinci hissəsini rahat yaşayırsansa, yaşamaq istəyirsənsə, deməli, hazır ol ona ki, ikinci hissəsini əziyyətlə yaşayacaqsan. Əgər sən həyatının birinci hissəsini əziyyətlə yaşayırsansa, oxuyursansa, öz üzərində işləyirsənsə, deməli, ikinci hissəsində müəyyən qədər rahatlıq olacaq, rahatlıq tapacaqsan…”

rufatik-4

Millət vəkili eyni zamanda, qeyd edib ki, bu gün daha aqrar sfera ilə bağlı peşəkarlara, savadlı, təcrübəli aqronomlara, zootexniklərə, baytar həkimlərinə, mexaniklərə ehtiyac duyulur.

“Mən Lənkəranı parlamentdə təmsil edirəm. Bildiyiniz kimi də, Lənkəran sitrus və çay bitkilərinin məskənidir, gözəl, tarixi ənənəsi var, dünyada şöhrət qazanıb, tanınıb. Amma bu gün bu sahələrlə işləyən, bunun aqronomiyası, texnologiyası ilə məşğul olan mütəxəssislər, mexaniklər yox dərəcəsindədir. Rayona gedib soruşsanız ki, cavan mexanik var, bəlkə də heç tapılmayacaq, görməyəcəksiniz. Onlar da hamısı yaşlıdırlar. Ona görə bu sahələrə, bu peşələrə cavanlar həvəsləndirilməli, onlar daha çox  bu peşələrlə məşğul olmalıdırlar.

Bununla həm də kənd təsərrüfatının prestejini artırmaq lazımdır. Bununla əlaqədar bizim televiziyalarda maarifləndirici proqramlar, verilişlər getməlidir, televiziyalar bununla daha ciddi və mütəmadi məşğul olmalıdırlar. Uğurlu fermerləri və  fermer təsərrüfatlarını göstərməlidir. Uğurlu insanları, sahibkarları, iş adamlarını göstərməlidirlər, təbliğ etməlidirlər.

rufatik-5

 Bilirsiniz ki, mənim CBC-də öz verilişim var – “Sahibkar saatı”.  Təsəvvür edin ki, o verişilə hansısa bir sahibkarı dəvət etmək böyük bir problemdir. Maraqlısı da odur ki, çoxları ya rus dilini bilmirlər, ya da bilənlər belə, danışmağa, efirə çıxmağa maraq göstərmirlər. Sahibkarın özü deyir, yox ey,  gəlmirəm, istəmirəm. Məəttəl qalmışam ki, insanlar niyə belə biganədir?  Deyirəm ki, gəl, danış, yaxşı, müsbət təcrübəni göstər, yay, Azərbaycan, bütün dünya görsün ki, sən bu işlə məşğulsan, sən ailəni necə dolandırırsan, maddi problemlərini həll edirsən və sair. Yəni, bunlar digər insanlar üçün də bir örnək olsun. Amma çox təəssüflər olsun ki, çoxu gəlmir, danışmır.Bununla belə, hesab edirəm ki, bu verilişi Azərbaycan dilində də tətbiq etmək lazımdır.

Mən özüm hazırda Texniki Universitetdə dərs deyirəm, kefadra müdiriyəm. Tələbələrlə də bu cür söhbətləri edirəm. Deyirəm ki, gəlirsiniz, 4 il oxuyursunuz, vaxt keçirirsiniz, ancaq bunu mükəmməl formada oxuyun, keçirin ki, həm ilk növbədə özünüzə, həm də cəmiyyətə xeyir verə biləsiniz. Həmişə deyirəm ki, insanın ömrü iki hissədən ibarətdir. Bir hissəsi əziyyət çəkmək, bir hissəsi rahat yaşamaq üçün. Bu, insanın, cavanın özündən asılıdır. Əgər sən həyatının birinci hissəsini rahat yaşayırsansa, yaşamaq istəyirsənsə, deməli, hazır ol ona ki, ikinci hissəsini əziyyətlə yaşayacaqsan. Əgər sən həyatının birinci hissəsini əziyyətlə yaşayırsansa, oxuyursansa, öz üzərində işləyirsənsə, deməli, ikinci hissəsində müəyyən qədər rahatlıq olacaq, rahatlıq tapacaqsan…” -deyə, R. Quliyev sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Hava günəşli olacaq, cənub-şərq küləyi əsəcək – SABAH

Read Next

“Linfild”-“Qarabağ” oyununun hakimləri müəyyənləşdi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir