Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Düşmənə qarşı “döyüşün” ağırlıq mərkəzi birmənalı olaraq, sərhədlərimizə yönələn təxribatların qarşısının alınmasına, işğal altında olan rayonlarımızın azad olunması üçün Qarabağa yönəlməlidir.
Etikxeber.az-ın xəbərinə görə, bunu sabiq vitse-spiker, Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova dilə gətirib.
B. Muradovanın sözlərinə görə, qalan “cəbhələrdə” isə müstəsna olaraq, beynəlxalq hüquq, söz, mətbuat və sərbəst toplaşma azadlığının hər birimizə və hamımıza verdiyi imkanlar çərçivəsində mübarizə aparmaq lazımdır.
“Bizi başqa müstəvilərə çəkmək üçün müxtəlif dairələrin hazırladığı təxribatlara isə qətiyyən uymaq və sayıqlığı itirmək olmaz. Unutmayaq ki, bizim vətənpərvər olduğu qədər də cəsarətli, fədakar və çılğın gənclərimizin səbri məqsədli olaraq sınağa çəkilir.Düşmənin bəzi havadarları ilə bir yerdə qurduğu bu hiyləgər planları yalnız müdrik və tədbirli olmaqla pozmaq mümkündür. Tanrı dövlətimizi və xalqımızı qorumaq üçün Siz gənclərimizi qorusun!”-deyə, o, əlavə edib.
Etikxeber.az