“Bizim belə hərbi vətənpərvər ruhda olmağımız düşmən dövlət üçün sarsıdıcı bir zərbədir… Düşmənə zərbədən əlavə dövlətimizin bu cür ruh yüksəkliyi, döyüşə belə həvəslə hazır olması dünya ictimaiyyətinədə ünvanlanmış siyasi bir mesajdır”-ELDƏNİZ SƏLİMOV

Respublikamızda hərbi vəziyyətin elan olunması, verilən Fərman ilk növbədə xalq, dövlət və ordu birliyinə işarədir.

Bu üçlü hərbi vəziyyətlərdə bir-biri ilə vəhdətdə olmalıdır.

Döyüş zamanı xalq ordunu dəstəkləməli, dövlət isə həm ordunun həm də xalqın istək və rifahını düşünməlidir. Belə olan halda qələbə mütləqdir. Xalqımız daim öz ordusunun və dövlətinin yanındadır ona dəstəkdir. Bu, son günlər zəfər çalan, bizə qələbə sevinci yaşadan ordumuza dəstək sonsuzdur.

Ölkədə hərbi vəziyyətin elan olunması erməni təxribatlarına adekvat cavabdır. Azərbaycanda döyüşlər başlamazdan əvvəl belə vətəndaşlarımız orduya dəstək üçün yaşından asılı olmayaraq könüllü orduya yazılmaları bizim cəmiyyətin daim belə hərbi vəziyyətlərə hazır olduğunun bariz sübutudur. Bu vətənə, dövlətə, torpağa olan sevginin nəticəsidir ki millətimiz düşünmədən belə döyüşə, ölümə belə getməyə hazırdırlar.

Fərmanın tələblərinə riayət etmək artıq hər bir vətəndaşın borcu və şəxsi məsuliyyətidir. Bizim belə hərbi vətənpərvər ruhda olmağımız təbii ki, düşmən dövlət üçün sarsıdıcı bir zərbədir. Düşmənə zərbədən əlavə dövlətimizin bu cür ruh yüksəkliyi, döyüşə belə həvəslə hazır olması dünya ictimaiyyətinədə ünvanlanmış siyasi bir mesajdır.

O mesaj ki, biz daim bu gün gözləyirdik. Cənab Ali Baş Komandanın iradəsi, və əmri ilə nəhayətki torpaqlarımızın müəyyən hissələri işğaldan azad olunur və olunacaqda. Döyüş və qələbə bizim alnımıza yazılıb. Əzəli Azərbaycan torpaqlarının artıq geri, öz aid olduğu yerə doğma Azərbaycana qayıtma zamanıdır. Biz haqq yolundayıq, haqq bizimlədir.

Ermənistanın işğalçı rejimindən fərqli olaraq biz nahaq yerə qan tökmür, müharibə aparmırıq. Azərbaycan  siyasəti yalnız öz torpaqlarını geri qaytarmaq yönündədir. Bu gün Azərbaycan cəmiyyəti hər zaman olduğundan daha böyük milli həmrəyliyin şahididir. Ölkənin siyasi tarixində ilk dəfə olaraq 50 siyasi partiya rəhbərinin Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarına dair birgə bəyanatı milli birliyinin ən ali təcəssümüdür.

Ölkədə “hərbi vəziyyətin elan edilməsi” haqqında Fərman ona dəlalət edir ki, artıq Azərbaycan öz seçimini etmiş və yolunu çizmişdir. Torpaqlarımız geri qaytarılmalı, haqq ədalət bərpa olunmalıdır! Bu gün bu siyasəti dəstəkləyənlər bizim yanımızda buna qarşı çıxanlar isə birmənalı olaraq özlərini düşmənlərin cərgəsində görməlidir. Çün ki, bu siyasət cənab Prezidentin dövlətimizin rifahı naminə yürüdülən siyasətdir.

Belə bir zamanda özlərini daim xalqın yanında göstərməyə çalışan Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası təəssüflər olsun ki, vətənimizin bu ağır günündə, torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi üçün şanlı ordumuzun əks-hücum əməliyyatlarına digər siyasi partiyalarla dəstək vermədilər. Ali Baş Komandanın bu sahədə həyata keçirtdiyi bu siyasəti dəstəkləməmələri onların səmimi olmadıqları və əsl simalarını göstərir. Bu, daim belə olub. Onlar sözün əsl mənasında əlini daşın altına salmaqdansa, hər zaman çəkilib vəziyyəti kənardan izləməyi üstün tuturlar. Belə hallar həm dövlətimizin həm də xalqımızın gözündən heç bir zaman yayınmır.

Vətənimizin belə şanlı qələbələrinin yanında olmaqdansa, onlar düşmən dəyirmanına su tökməyi üstün sayırlar. 30 ildir bu günü gözləyən Azərbaycanın yanında olmaq ona dəstək vermək anında siyasi ədavət saxlayan bu partiyalar cənab Prezident İlham Əliyevin yanında olmaq qabiliyyəti göstərə bilmədilər.

Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyasının dövlətimizin və xalqımızın çətin və şərəfli günündə birlik və bərabərlik kimi milli çağırışlara qoşulmamaları böyük bir təəssüf doğurur.

22:05, 29 sentyabr

Eldəniz SƏLİMOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Uzun müddət müharibə şəraitində olan xalqın artıq səbri tükənib və torpaqlarını azad etmək istəyi onun tam təbii və qanuni haqqıdır…”-MİLLƏT VƏKİLİ

Read Next

Düşmənin 8 ədəd “Qrad” yaylım atəşli reaktiv sistemi-MƏHV EDİLDİ – MÜDAFİƏ NAZİRLİYİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir