Bizim də “Söz”ümüz, “Savaşçı”mız olacaqmı? – KAMİL HƏMZƏOĞLU YAZDI – VİDEO

FOX Tv-də yayımlanan “Savaşçı” dizisi ilk gündən bəri maraqla, həyəcanla, bəzən sevincdən, bəzən acıdan, kədərdən (şəxsi anlamda yox) göz yaşları ilə izlədiyim ən sevdiyim Türkiyə dizilərindəndir…Bəlkə də birincilərdəndir…

Düzdür, bəzən dizidə xətalar da, pafos bolluğu da özünü büruzə verir, amma serialın ruhu, qayəsi, aşıladığı hisslər, gözəl və səmimi aktyor oyunu, son dərəcədə peşəkar aktyor seçimi (bəzi istisnalarla-hesab edirəm ki, Azərbaycanı, Azərbaycan türklərini orada daha peşəkar aktyorlarımız təmsil etməlidir…) izləyiciyə, tamaşaçıya hər şeyi unutdurur, görünməz edir…

Bu dizini mənim üçün (eləcə də çoxları-Azərbaycanda olanları nəzərdə tuturam) baxımlı, saatlarla ekranın, televizorun qarşısında əyləşməyə vadar edən bir məqam da odur ki, bu serialda Azərbaycana böyük və səmimi sevgi var, özü də tam boyaqsız-düzəksiz…

Azərbaycan, Qarabağ həqiqətləri, yaşadığımız acılar, eləcə də, ümumən Türk dünyasının problemləri vaxtaşırı dizidə öz əksini tapır…”Savaşçı” həm də azsaylı Türkiyə, türk qardaşlarımızın istehsalı olan dizilərdəndir ki, orada Azərbaycana bu qədər geniş diqqət ayrılır…

Və həm hesab, həm də arzu edirəm ki, bundan sonra digər türk-Türkiyə dizi istehsalçıları, prodakşn şirkətrləri də bu məqama daha çox diqqət yetirəcək, Azərbaycan, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə daha yaxından çatdırılmasında öz töhfələrini əsirgəməyəcklər…

Məni bu statusu yazmağa (demək olar ki, dizinin hər bölümü ilə bağlı fb-də və vatsapımda xeyli statuslarım olub, var) yazmağa vadar edən isə dizinin dünənki-son bölümü oldu…

SAVAS

Dizidə yenidən Qarabağdan, Xocalıdan bəhs edildi, daha çox da, 20-ci əsrin ən qanlı qətliamı olan Xocalı faiəsi ilə bağlı bizə tanış olan, amma dünyanın göz yumduğu real faktlar, görüntülər ekrana gətirildi…Həmin anlar ində də yadıma düşdükcə, həyəcanlanıram, yerimdən az qalıram dik atılam…

Elə bilirəm ki, sanki 1992-ci ilin məlum dəhşətli fevral günləridir…Açığını deyim ki, Bəxtiyar rolunun ifaçısı Kənanın dizidəki ifasından razı qalmasam da, amma onun son bölümün sonundakı ifası, siması, bir son səhnə mənə çox təsir etdi, duyğulandırdı…

Eyni zamanda sözümün, statusumun canı ondadır ki, yüzminlərlə vəsaiti sağına-soluna xərcləyib, mənasız, şit, bayağı, səviyyəsiz (daha çox ailə-məişət mövzusunda) seriallar çəkən telekanallarımız artlıq necə deyərlər, papaqlarını qabaqlarına qoyub, yaxşı götür-qoy etməli, öz yanlışlarından əl çəkməli, “Savaşçı”, “Söz” kimi milli-hərbi vətənpərvərlik ruhunda film, serial çəkilişlərinə başlamalıdırlar…Ancaq peşəkarlar və gənc istedadlardan istifadə etməlidirlər…

SAVAS-1

Təəssüflər olsun ki, 90-ci illərin əvvəllərində çəkilən və hər zaman baxdıqca insanın ruhunu yerindən oynadan, həyəcanlandıran “Fəryad” filmindən sonra düz- əməlli filmimiz, yaxud, serialımız yoxdur…

Hansı ki, 31 ilə yaxın dövr ərzində Ermənistanın, ermənilərin təcavüzündən, işğalından, barbarlığından əziyyət çəkən xalqımızın, xüsusilə, yetişməkdə olan nəslin belə, yəni, Qarabağa, hərbi vətənpərvərliyə həsr olunmuş film və seriallara böyük ehtiyacı var…

Bu ehtiyac da mütləq və mütləq nəzərə alınmalı, qarşılanmalıdır!!!

KAMİL HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Abşeronda məcburi köçkünlər üçün salınmış kompleks istifadəyə verildi – FOTO – YENİLƏNİB

Read Next

“Bu, neft emalı sahəsində yeni mərhələdir…” – AKADEMİK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir