“Bizim hələ ermənilərə çox sürprizlərimiz olacaq…O zaman nə Paşinyan, nə də digərləri hakimyyətdə qala biləcək…”-BƏHRUZ MƏHƏRRƏMOV

Biz dövlət, Azərbaycan Ordusu olaraq erməni xalqını hədəf götürməmişik. Azərbaycan Ordusu, Sülahlı Qüvvələri erməni hərbçilərinin, əsgərlərinin dərsini verir və verəcək. Sadəcə, biz bir az da səbrli, təmkinli olmalıyıq. Bizim bilmədiyimiz məsələlər, qələbələr var. Bizim hələ ermənilərə çox sürprizlərimiz olacaq. O zaman nə Paşinyan, nə də digərləri hakimyyətdə qala biləcək. Yenə də deyirəm, biz bir qədər səbrli olmalıyıq, gözləməliyik.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.

Eyni zamanda, Ermənistan parlamentinin Dağlıq Qarabağa Azərbaycan tərkibində muxtariyyət statusunun verilməsinə razı olmamasına toxunan millət vəkili bildirib ki, həmin qanunverici orqan xalqının iradəsinin ifadəsi sayıla bilməz:

“Onlar heç bir halda xalqın iradəsini ifadə etmirlər. Hamısı “Soros”un tör-töküntüləridir. Açın, baxın Ermənistan parlamentinin tərkibinə, görün ki, onlar haradan gəliblər, kimlərdir… Onlar hamısı “Soros” Fondunun nümayəndələri, əməkdaşlarıdır… Onlar xalq iradəsinin ifadəçisi sayıla bilməızlər…”.

Etikxeber.az

Read Previous

Daha bir erməni vəhşiliyi-14 YAŞLI UŞAĞI HƏDƏF ALDI, AĞIR YARALADI – CİNAYƏT İŞİ BAŞLANILDI

Read Next

“Füzuli şəhərinin işğaldan azad olunması uğrunda Azərbaycan Ordusunun hücumu davam edir…”-MÜDAFİƏ NAZİRLİYİ ERMƏNİLƏRİN DAHA 6 TANKININ MƏHV EDİLDİYİNİ, ƏLDƏ EDİLƏN ƏRAZİLƏRİN İTİRİLMƏDİYİNİ BƏYAN ETDİ – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir