“Bizim mətni oxuyan konqresmen niyə tapılmadı? Bəlkə heç axtarılmadı?…”-POLİTOLOQ

Ermənipərəst konqresmen Frank Pallone ABŞ administrasiyasına (dövlət katibi Mayk Pompeoya və müdafiə naziri Mark Esperə) və Minsk qrupu həmsədrlərinə eyni məzmunlu iki məktub göndərib. Pallone məktublarında Azərbaycan ordusunun genişmiqyaslı hərbi təlimlərini qınamağa çağırıb. Konqresmen bu təlimlərin təhlükə yaratdığını və bölgədə gərginliyi artıra biləcəyini iddia edib.

Etikxeber.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu qeyd edib.

O, qeyd edib ki, Frank Pallonenin məktubunda qeyri-adi heç nə yoxdur.

“Adam onilliklərdir erməni lobbisinin bütün istək və arzularını yerinə yetirir. Məni düşünürən başqa məsələdir. Ermənistanın baş naziri nümayişkənarə şəkildə işğal altındakı Şuşada “andiçmə” mərasimi keçirdi, bu hərəkəti ilə müharibə təhlükəsini artırdı, buna rəğmən, dünyanın heç bir yerindən “tık” səs də gəlmədi. Amerikanın hansısa konqresmeni “Şuşada andiçmə mərasimi danışıqlara zərbədir və müharibə təhlükəsini artırır” dedimi? Pallone durduğu yerdə açıqlama vermir, erməni lobbisinin ötürdüyü mətni oxuyur. Bəs bizim mətni oxuyan konqresmen niyə tapılmadı? Bəlkə heç axtarılmadı? Son hadisədə özümüz dedik, özümüz eşitdik…”-deyə, politoloq əlavə edib.

Etikxeber.az

Read Previous

“Torpağı satdın, ya da musiqinə xəyanət etdin, nə fərq edər ki?!”-AYBƏNİZ HAŞIMOVA YENİ MƏDƏNİYYƏT NAZİRİNİN MƏRHUM ZAKİR BAĞIROV KİMİ OLMASINI İSTƏYİR…

Read Next

“Elə bilirəm və qəti əminəm ki, hər kəs bayram günlərində bir daha diqqətli, məsuliyyətli olacaq, çağırışlara sözsüz əməl edəcək”-MİLLƏT VƏKİLİ AZƏRBAYCAN XALQINI TƏBRİK ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir