“Bizim üçün ən mühüm olan…” – BİNƏLİ YILDIRIM

Bizim üçün ən mühüm olan İstanbulda xain silahlı hücumu törədən şəxsin yaxalanmasıdır. Hazırda cinayətkar istintaqa cəlb olunub və onun dindirilməsi davam edir. Bu barədə ətraflı məlumat veriləcək.

Etikxeber.az xəbər verir ki, bunu yanvarın 17-də Türkiyənin Baş naziri Binəli Yıldırım Yeni il gecəsi İstanbuldakı “Reina” klubunda terror aktı törədən Abdülqədir Masharipovun yaxalanması ilə əlaqədar jurnalistlərə açıqlamasında deyib.

İstanbul valisi Vasip Şahin isə açıqlamasında bildirib ki, 152 ünvanda həyata keçirilən əməliyyat tədbirləri nəticəsində 50 nəfər saxlanılıb. Terrorçu ilə birlikdə onun gizləndiyi evdən İraq vətəndaşı olan bir kişi və müxtəlif ölkələrin vətəndaşları olan üç qadın da yaxalanıb. Abdülqədir Masharipov “Reina”da cinayəti törətdiyini etiraf edib. Barmaq izləri də eynidir.

Vasip Şahin qeyd edib ki, Əfqanıstanda təlim keçən Abdülqədir Masharipov dörd dil bilən, yaxşı yetişdirilən terrorçudur. Onun “Reina” cinayətini İŞİD terror təşkilatının sifarişi ilə törətdiyi tam dəqiqləşib.

Etikxeber.az

Read Previous

31 nömrəli avtobusun hərəkət trayektoriyasında dəyişiklik edilib

Read Next

“Yaxın vaxtlarda icbari tibbi sığortanın tətbiqinə başlanacaq” – Baş nazirin müavini

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir