“Bizimlə sonuncu danışığı noyabrın 5-də oldu…Əvəlcə bacısı, sonra mənimlə və atası ilə danışdı…Xeyli ürək-dirək verdi və sanki bizdən halallıq alırdı…”-ŞAMAXILI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, EVİN-AİLƏNİN DÖRD ÖVLADINDAN BİRİ, ÜÇ BACININ TƏK VƏ SUBAY QARDAŞI, TARİXİ MÜƏLLİMİ İŞLƏYƏ BİLMƏSƏ DƏ, AMMA TARİX YAZAN ELGÜN QULİYEVİN ANASI QƏNİRƏ QULİYEVA… – FOTOLAR

Elgün Vasif oğlu Quliyev…

Dağ Göylərli, Şamaxılı…

Quran hafizi, ali təhsilli tarixi müəllimi…

İgid, Qəhrəman, Vətən sevdalısı Azərbaycan övladı…

Vətənini ailəsindən, valideynlərindən üstün tutan, Vətən, Torpaq, Qarabağ yolunda canını göz qırpmadan fəda edən Nur üzlü İkinci Vətən Müharibəsi Şəhidi…

***

Elgün Quliyev 1992-ci ilin 17 sentyabr tarixində Şamaxı rayonunun Dağ Göylər kəndində dünyaya gəlib…

Ailənin dörd övladından biri, evin tək oğlu, üç bacının tək qardaşı olub…

Elgün həm də evin sonbeşiyi idi…

1998-2006-cı illərdə T.Kərimov adına Göylər kənd 2 saylı orta məktəbində oxuyub…

Sonra, 2006-2009-cu illərdə təhsilini İsmayılı rayonunda və Şəki şəhərində davam etdirib…

2007-2008-ci illərdə Şəki İslam Kollecində oxuyub…

2009-cu ildə isə İsmayıllı rayon N. Behdiyev adına İsmayılı kənd orta məktəbini bitirib…

2010-2014-cü illərdə Sumqayıt Dövlət Universitetinin (SDU) tarix fakültəsində oxuyub…

Ali təhsilli tarix müəllimi olsa da, bir gün olsa belə, öz ixtisası üzrə işləyə bilməyib…

İkinci Vətən Müharibəsinə kimi Bakı şəhərində-“Özsüt”də işləyib…

İkinci Vətən Müharibəsi başlayandan iki gün sonra, sentyabrın 29-da könüllü şəkildə Vətənin müdafiəsinə yollanıb…

Müharibəyə yollanandan 11 gün sonra, 2020-ci ilin 10 oktyabr tarixində isə öz ixtisası üzrə Lerik rayonunun Sors kənd orta məktəbində işə qəbul olunub…

Və şərəfli döyüş yolu sentyabrın 29-dan noyabrın 9-na kimi davam edib…

Axırıncı dəfə ailəsi ilə Şəhidliyindən 4 gün öncə-noyabrın 5-də danışıb…

Ailə üzvlərinə, valideynlərinə xeyli ürək-dirək verib…

Noyabrın 9-da-müharibənin bitməsinə, Qələbəyə saatlar, dəqiqələr qalmış isə Şuşa şəhərində qəhrəmancasına Şəhid olub…

Nəşi 3 gün sonra-noyabrın 12-də Dağ Göylər kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…

Hazırda Dağ Göylərdə adını daşıyan küçə var…

28 yaşında Şəhidlik məqamına ucalsa da, Elgün subay olub…

Eyni zamanda, bacılarından birinin hərbçi həyat yoldaşı da İkinci Vətən Müharibəsinin iştirakçısı olub…

***

Bu gün-19 may 2024-cü il tarixində, günorta saatlarında Dağ Göylərli İkinci Vətən Müharibəsi Şəhidi Rza Məmmədovun valideynləri-Lamiyə xanım və Əsgər (Xanbaba) Məmmədovla Elgün Quliyevin ocağını, ailəsini ziyarət etdik…

Şəhidimizin valideynlərinə-ibtidai sinif müəllimi Qənirə xanıma və atası Vasif Quliyevə Allahdan səbr və dözüm arzuladıq…

“Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!”-dedik…

Ruhu qarşısında baş əydiyimizi söylədik…

Bir saata yaxın çəkən ziyarətimiz zamanı Şəhidimizin valideynləri ilə söhbətləşdik, dərdləşdik…

Təsirləndik, duyğulandıq, kövrəldik, bəzən göz yaşlarımıza hakim ola bilmədik…

Təsirlənməmək, duyğulanmamaq, kədərlənməmək mümkün deyildi…

Çünki həm Elgün, həm də Rza evin-ailənin tək oğulları, valideynlərinin, bacılarının arxa-dayaqları idi…

Bu gün isə…

Yenə də sözlərin, kəlmələrin bitdiyi yer…

Allah həm Elgün Quliyevin, həm də Dağ Göylərin ilk İkinci Vətən Müharibəsi Şəhidi Rza Məmmədovun məqamını Uca, dərgahını münarək etsin!

Hər ikisi də Nurlar içində yatsın!

Fəxrimiz, Qürurumuz, Baş tacımızdırlar!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Üç övladı Vətənə əmanət qalan-BU GÜN 39 YAŞI TAMAM, CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜ OLAN ŞAMAXILI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ YALÇIN AYDIN OĞLU CAVADOV… – FOTOLAR – YENİLƏNİB

Read Next

“Bölgə dövlətləri güclü dövlətlərdir, müstəqil siyasət aparan dövlətlərdir…Heç bir kənar qüvvə bu günə qədər bu dövlətlərin iradəsinə təsir etməyib və etməyəcək…Ümid edirəm ki, Ermənistan düzgün siyasət apararaq regional əməkdaşlığa ziyan yox, töhfə verəcək…”-İLHAM ƏLİYEV – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir