Biznes inkişaf yazarı Nadir Adilmanın kitabları Fransada nəşr və satış-HÜQUQU QAZANDI…

Biznes inkişaf yazarı Nadir Adilmanın iki kitabı Fransada nəşr ediləcək.

Etikxeber.az xəbər verir ki, bu barədə mətbuata açıqlamasında həmin ölkədə yaşayan yazıçı, naşir Nicat Kazımov məlumat verib.

Nicat Kazımovun sözlərinə görə Nadir Adilmanın “O gələcək?!” və “Milyonçunun gündəliyi” kitablarının nəşri və satışı üzrə müəlliflə müqavilə imzalanıb.

O, qeyd edib ki, hər iki əsər fransız dilinə tərcümə edilərək həm kitab mağazalarında satışa çıxarılacaq, həm də elektron satışı təşkil ediləcək. Eyni zamanda hər iki kitabın Fransa kitabxanaları da daxil olmaqla fransızdilli ölkələrin kitabxana fondlarına da təqdim edilməsi nəzərdə tutulub.

Kitabların nəşri üzrə hüquqi prosedurlar, maraqların müdafiəsi ilə həmyerlimiz, Fransada fəaliyyət göstərən peşəkar vəkil Dilbadi Qasımov məşğuldur.

Pandemiya ilə əlaqədar tətbiq edilən karantin qaydalarının yumşaldılmasından sonra Fransada Nadir Adilmanın imza gününün keçirilməsinin planlaşdırldığını qeyd edən Nicat Kazımovun sözlərinə görə müəllifin iki əsərinin tərcüməsi Fransada yaşayan və işləyən ən bacarıqlı tərcüməçi həmyerlilərimiz tərəfindən tərcümə, fransız mütəxəssislər tərəfindən isə redaktə edilib. O qeyd edib ki, Nadir Adilmanın hər iki əsərin fransız opponentlər tərəfindən də yüksək qiymətləndirlərək nəşrə tövsiyə edilməsi təkcə müəllifin deyil, həm də azərbaycanlı müəlliflərin dünyada tanıdılmasında fədakarlıq edən hər bir həmvətənimizin uğurudur.

Qeyd edək ki, biznes inkişaf yazarı, hüquq üzrə fəlsəfə doktoru, dosent Nadir Adilman bestseller kitabları hesab edilən “Gəncsən? Başla!”, “Məqsədlisən?!”, “O gələcək?!”, “Könüllünün öz/ əl kitabı” və “Biznesdə Korporativ Sosial Məsuliyyət” kitablarının müəllifidir.

Onun kitabları Azərbaycanda ən çox satılan və həm də ən çox hədiyyə edilən kitabalar sırasındadır. 

Etikxeber.az

Read Previous

“KİVDF-də yol verilən qanunsuzluqlarla bağlı 4 maddə ilə cinayət başlanılıb”-BAŞ PROKURORLUQ

Read Next

“Belə həssas bir dövrdə vəziyyət bu cür davam etməməlidir”-MİLLƏT VƏKİLİ “AZƏRSU” VƏ “MELİORASİYA” RƏHBƏRLİYİNƏ SƏSLƏNDİ, DANIŞIQLAR APARDI VƏ…-YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir