Blanşet Kann festivalının münsiflər heyətinin sədri seçildi

2018-ci il mayın 8-dən 19-dək keçiriləcək 71-ci Kann festivalının münsiflər heyətinə avstriyalı aktrisa Ketrin Blanşet sədrlik edəcək.

Etikxeber.az xəbər verir ki, Ketrin Blanşet Kann festivalının münsiflər heyətinin 12-ci qadın sədri olacaq.

Qeyd edək ki, Ketrin Blanşet 2005-ci ildə ən yaxşı ikinci qadın rolu və 2014-cü ildə ən yaxşı aktrisa nominasiyalarında Oskar mükafatı alıb. O, həmçinin Britaniya Kino və Televiziya Sənətləri Akademiyasının üç (1999, 2005, 2014), ABŞ Kinoaktyorlar Gildiyasının iki (2005, 2014) mükafatına, habelə üç dəfə “Qızıl Qlobus”a (1999, 2008, 2014) layiq görülüb.

Etikxeber.az

Read Previous

“21 əsrin “imperiya” modeli Cənubi Koreyadır…” – NATİQ CƏFƏRLİ

Read Next

Nazirlik və komitələrdə vahid geyim forması tətbiq ediləcək – QƏRAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir