Bloger əmisi oğlu tərəfindən-QƏTLƏ YETİRİLDİ…

Bu gün saat 16 radələrində Bakının Sabunçu rayonunun Balaxanı qəsəbəsində qətl hadisəsi qeydə alınıb.

Etikxeber.az xəbər verir ki, bu barədə Baş Prokurorluq Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin birgə məlumatında bildirilib. Xəbərə görə, 24 yaşlı Əmrulla Güləliyev əmisi oğlu, həmyaşıdı Əvəz Şıxməmmədovu bıçaqla qətlə yetirib. 

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla müəyyən edilib ki, Ə.Güləliyev cinayəti törədərkən sərxoş vəziyyətdə olub və o, ifadəsində cinayəti aralarında yaranmış şəxsi mübahisə zəminində törətdiyini etiraf edib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlayıb. Ə.Güləliyev tutularaq istintaqa təhvil verilib.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri və əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, Ə. Şıxməmmədov bloger olub.

Etikxeber.az

Read Previous

Daha 2372 yeni yoluxma-DAHA 19 ÖLÜM…

Read Next

Azərbaycanla Rusiya arasında müttəfiqlik haqqında Bəyannamə-İMZALANDI – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir