“BMT Baş Assambleyası beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində iki ölkə arasında sülh sazişinin imzalanacağına ümid edir”-DENNİS FRANSİS

BMT Baş Assambleyası Azərbaycan Prezidenti və Ermənistan Baş naziri arasında görüşlərin yenidən bərpası və onlar arasında keçirilən Münhen görüşü və bunun ardınca iki ölkənin XİN rəhbərlərinin görüşünü təqdir edir.

Etikxeber.az xəbər verir ki, bunu XI Qlobal Bakı Forumu çərçivəsində BMT Baş Assambleyasının 78-ci sessiyasının prezidenti Dennis Fransis xüsusi çıxışı zamanı deyib.

O, “Sülh və təhlükəsizliyin əldə olunması və bərpası istiqamətində daha çox addımların atılacağını, proqresə nail olunacağına inanırıq və gözləyirik. BMT Baş Assambleyası beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində iki ölkə arasında sülh sazişinin imzalanacağına ümid edir”-deyə, qeyd edib.

Etikxeber.az

Read Previous

Sıxlıq və tıxac olan yollar-BAKIDA

Read Next

İlham Əliyev İsrailin sabiq xarici işlər nazirini-QƏBUL ETDİ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir