BMT Baş katibindən Azərbaycan və Ermənistana-ÇAĞIRIŞ

BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün bütün qalan ikitərəfli məsələləri həll etməyə çağırır.

Etikxeber.az-ın məlumatına görə, bu barədə təşkilat rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrikin bəyanatında deyilir.

O,“Baş katib Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesini yaxından izləyir. Tərəfləri sərhədin qalan hissələrinin delimitasiyası və demarkasiyasını davam etdirməyə və münasibətlərin tam normallaşması üçün bütün həll edilməmiş ikitərəfli məsələləri həll etməyə çağırır”-deyə, bildirib.

Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

Etikxeber.az

Read Previous

“Bu, dayanıqlı sülh sazişinin bağlanması yolunda mühüm addımdır”-BLİNKEN

Read Next

Cavanşir Məmmədov-DƏFN OLUNDU – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir