“BMT prosedurlarına uyğun olaraq, qarşıdakı 15 gün ərzində BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təmin edilməlidir”-PREZİDENTİN KÖMƏKÇİSİ

Qlobal xarakter daşıyan koronavirus pandemiyasına qarşı qlobal fəaliyyət formalaşdırılmalı idi.

Etikxeber.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
 
H. Hacıyev deyib ki, virusa ilk yoluxmanın qeydə alındığı 6 aydan artıq müddətdə qlobal səviyyədə həmrəylik tam formalaşdırılmayıb:

“Ona görə də Prezident İlham Əliyev tərəfindən qlobal həmrəylik təşəbbüsü göstərilib. Ona görə də BMT prosedurlarına uyğun olaraq, qarşıdakı 15 gün ərzində BMT Baş Assambleyasının (BA) xüsusi sessiyasının keçirilməsi təmin edilməlidir. Problemlə mübarizədə qlobal həmrəylik olmalıdır”.

Sonra “COVID-19 məsələsinin beynəlxalq sülh və təhlükəsizliyə təhdid kimi xarakterizə olunması qlobal təhlükəsizliyə töhfə olardı”-deyən H. Hacıyev bildirib ki, Ermənistanda vəziyyət daha acınacaqlıdır:

“Onlar rəqəmləri gizlədir, düzgün məlumat vermirlər. Buna baxmayaraq, Ermənistan Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılmasına qarşı çıxıb, BMT Baş Katibinə məktub göndərib”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, dünyanın bu təşəbbüsə ehtiyacı var və müxtəlif dövlət başçıları tərəfindən Prezident İlham Əliyevə ünvanlanan müraciətlərdə bu, əksini tapıb.

Etikxeber.az

Read Previous

556 yeni yoluxma-DAHA 7 ÖLÜM…

Read Next

Sərtləşdirilmiş xüsusi karantin rejimi daha-2 HƏFTƏ UZADILA BİLƏR… – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir