Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“ABŞ-ın müdafiə naziri Ceyms Mettis bildirib ki, Astanada Suriya ilə bağlı danışıqlar səmərəsizdir. Mettis daha sonra deyib ki, səylər nəticəsiz qalıb, əsas rol BMT-nin və Suriya üzrə xüsusi nümayəndə Staffan de Misturadır.Rusiyanın xarici və təhlükəsizlik siyasətinə, o cümlədən, Kreml sahibi Vladimir Putinə heç zaman simpatiyam olmayıb, Rusiya hərbi təyyarələrinin Suriyada bombardmanlar zamanı mülki insanların da həlak olması faktdır. Buna baxmayaraq, Suriyada terrorun bel sütununu qıran məhz Astana prosesi oldu, Rusiya-Türkiyə-İran üçlüyü vəziyyəti nəzarətə götürüb vacib uğurlar qazandılar”.
Etikxeber.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Ona görə də Pentaqon rəhbərinin sözləri həqiqəti əks etdirmir, bu sözlər sadəcə paxıllıq hissindən irəli gəlir, Amerikanın Suriyada terrorçu PKK-nın törəmə qrupları PYD və YPG-ni silahıandırmaqdan başqa rolu olmadı.
O ki qaldı BMT və bu təşkilatın Suriya təmsilçisi Misturaya, Minsk qrupunun həmsədrlərinə bənzəyir, mənasız görüşlər və Cenevrədə keçirilən nəticəsiz konfranslar. Suriya prosesində Cenevrə Astananın kölgəsində qaldı”-deyə, o, sonra bildirib.
Etikxeber.az