BNA-dan-XƏBƏRDARLIQ

Havaların kəskin dəyişməsi ilə əlaqədar, yolların buz bağlayacağını nəzərə alaraq, paytaxtın inzibati ərazisində sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə xəbərdarlıq edilib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Etikxeber.az-a bildirilib ki, daşıyıcıların vəzifə və öhdəlikləri təkrar onların diqqətinə çatdırılıb.

Həmçinin sürücülərdən xahiş olunur ki, sürət həddinə əməl etsinlər, meteoroloji amilləri nəzərə alsınlar və digər hərəkət iştirakçılarına qarşı anlayışla davransınlar.

Ümumilikdə isə məlum qarlı və şaxtalı hava şəraitinin davam etdiyi günlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməsi tövsiyə olunub.

Sərnişinlərə isə avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olmaları, dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməmələri bildirilir.

Etikxeber.az

Read Previous

92 saylı Dairənin seçiciləri yenə-“JALƏ ƏLİYEVA” DEDİ – FOTO-VİDEO

Read Next

“Səhərisi gün yazdılar ki, kommunist Ziyad Səmədzadə…” – DEPUTATLIĞA NAMİZƏD SEÇKİ KAMPANİYASINI SONA YETİRDİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir