“Böhtanlar indi də səngimək, bitmək bilmir” – GƏNC FƏAL NURU PAŞADAN YAZDI

Bu gün əfsanəvi komandan Nuri Killigilin Bakını erməni istilaçıları və onların havadarlarından xilas etdiyi tarixdən 101 il ötür.

Məhz onun cəsarəti və hərbi səriştəsi nəticəsində bölgənin müsəlman əhalisi növbəti soyqırımlardan xilas edildi və Bakı Azərbaycan Cumhuriyyətinin paytaxtı elan olundu.

Lakin təssüflər olsun ki, Nuri Killigilin qəhramanlığını şübhə altına almaq istəyən bəzi insanlar onun əleyhinə əsassız fikirlər səsləndirir, yaxud ünvanına atılan böhtanlara şərik çıxırlar.

Onlar iddia edirlər ki, güya Nuri paşanın əsl məqsədi Bakını ələ keçirib, burada Osmanlı protektoratlığını təmin etmək olub.

Digər tərəfdən iddia edirlər ki, Nuri paşa yalnız Hacı Zeynalabidin Tağıyevin ona bir faytonluq qızıl göndərməsindən sonra Bakıya doğru hərəkət edib.

15-sent-1

Bu zaman ortaya bir sual çıxır. Əgər Nuri paşanın əsl məqsədi Bakını ələ keçirib, burada Osmanlı idarəçiliyini təmin etmək idisə, nə üçün Gəncədə durub qızıl gözləsin ki?

Bu iki fikir bir-birini təkzib etmirmi?

Bu ittihamlarda bulunanların yəqin ki, 1918-ci ilin 4 iyununda Osmanlı dövləti ilə Azərbaycan Cumhuriyyəti arasında imzalanan Batum sazişindən xəbəri yoxdur.

Həmin müqavilənin dördüncü bəndi tərəflər arasında hərbi ittifaqın bağlandığını təsdiq edən ən bariz nümunədir.

Hansı komandan dövlət səviyyəsində imzalanan bu müqavilənin ziddinə gedib qızıl tələb edə bilərdi?

Bunu edən şəxs İstambula qayıtdıqdan sonra onun aqibəti necə olardı?

Yəqin bunu təxmin etmək heç də çətin deyil.

Qaldı ki işğal və yaxud ilhaq məsələsinə, bu da mümkün fakt deyildi.

Ona görə ki, Osmanlı hökuməti Azərbaycanın bağımsızlığını, onun ərazi bütövlüyünü rəsmən tanımışdı.

Belə olan halda isə heç bir dövlət beynəlxalq nüfuzunu sarsıtmaq istəməz.

Nuri Killigil haqqında belə əsassız fikirlər yəqin ki, XX əsrin 20-ci illərində irəli sürülüb.

Sovet zülmünə qarşı baş vermiş məşhur Qarabağ üsyanının rəhbərini xalqın gözündən başqa necə salmaq olardı ki?

Hesab edirəm ki, bolşeviklərin böhtan atmaqdan başqa çarəsi yox idi.

Təssüflər olsun ki, onlar bu yola əl atdılar və yenə də təssüflər olsun ki, sovet rejiminin iflas etməsinə baxmayaraq, bu böhtanlar indi də nə səngimək, nə də ki, bitmək bilmir.

Fəqət biz gənclər, tarixi şəxsiyyətlərimizin əleyhinə səsləndirilən fikirlərin daima qarşısında duracağıq.

Unutmaq olmaz ki, Nuri Killigil tariximizə saçılan bir nurdur və nura kölgə salmaq mümkün deyil.

kanann

Kənan HƏMZƏOĞLU,                                                                                      

Qaraxanlı Tarix Klubunun rəhbəri, ssenarist

Etikxeber.az

 

Read Previous

Bakının işğaldan azad edilməsinin, “Azərbaycan” qəzetinin yaranmasının – 101 İLİ TAMAM OLUR

Read Next

“Yenidən başqan olmaq fikrim yoxdur” – İSA QƏMBƏR SEÇKİLƏRDƏ İŞTİRAKIN TƏRƏFDARIDIR, AMMA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir