Boliviyadan 2 kq kokain gətirən “turist” saxlanıldı – ƏMƏLİYYAT – FOTO

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında 2 kiloqram 65 qram narkotik vasitə – kokainin ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Etikxeber.az-a bildirilib ki, külli miqdarda narkotik vasitə – kokain turist qismində gəldiyini deyən Boliviya Respublikasının vətəndaşı Calle Fernandez Mariaya məxsus qara rəngli çamadanda aşkarlanıb.

Belə ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həmin çamadana keçirilmiş baxış zamanı içərisində xüsusi üsulla düzəldilmiş gizli saxlanc yerindən 2 kiloqram 65 qram narkotik vasitə – kokain aşkar edilərək götürülüb.

Fakt əsasında Əməliyyat-İstintaq Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılıb.

Calle Fernandez Maria şübhəli şəxs qismində tutulub və təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

Aparılmış istintaqla müəyyən edilib ki, Calle Fernandez Maria külli miqdarda kokaini Boliviyanın Santa Kruz de la Sierra şəhərindən avtobusla Braziliyanın Kampo Qrande şəhərinə, oradan hava yolu ilə Sao Paulo şəhərinə, sonra Rio de Janeyro şəhərinə, oradan isə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə, son olaraq isə Dubay-Bakı aviareysi ilə Bakı şəhərinə gətirib.

Cinayətin törədilməsində iştirakı olan digər şəxslərin müəyyən edilməsi istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Etikxeber.az

Read Previous

Azərbaycanlı icması “Gate to Heaven”-in prodüserlərinə etiraz məktubu ünvanladı…

Read Next

Reus “ən yaxşı futbolçu” seçildi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir