Bolqarıstanın baş naziri Azərbaycana gəldi və… – FOTOLAR – YENİLƏNİB- (1)

Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisov yanvarın 15-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

Etikxeber.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Bolqarıstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

bolqar prez

Baş nazir Boyko Borisovu hava limanında Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov və digər rəsmi şəxslər qarşılayıblar.

***

ilya-boris

Yanvarın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə işgüzar səfərdə olan Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisov ilə təkbətək görüşü olub.

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın Baş naziri Boyko Borisovu qarşılayıb.

Sonra birgə foto çəkdirilib.

Görüşdə ikitərəfli siyasi, iqtisadi və digər sahələrdə münasibətlərin uğurla inkişaf etdiyi bildirilib. Bolqarıstanın Baş nazirinin Azərbaycana səfərinin əlaqələrin möhkəmlənməsi baxımından əhəmiyyəti qeyd olundu, ikitərəfli münasibətlər, həmçinin qarşılıqlı maraq do ğuran digər məsələlər müzakirə edilib.

***

ilya-boris-1

Azərbaycan Respublikasının Prezidenti İ. Əliyevin və Bolqarıstan Respublikasının Baş naziri B. Borisovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

***

ilya-boris-2

Geniş tərkibdə görüş başa çatıb.

Görüş başa çatdıqdan sonra İ. Əliyev və B.Borisov mətbuata bəyanatlarla çıxış ediblər.

Etikxeber.az

Read Previous

İƏT Parlament İttifaqı Azərbaycanla bağlı iki qətnamə layihəsi qəbul etdi

Read Next

Sərvət Gürcan-özü boyda Azərbaycan… – FİRUZ MUSTAFA YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir