“Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin otelində baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması xəbəri bizi olduqca sarsıtdı…”-ƏLİYEV ƏRDOĞANA BAŞSAĞLIĞI VERDİ

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Etikxeber.az xəbər verir ki, başsağlığında deyilir:

“Hörmətli cənab Prezident, əziz Qardaşım.

Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin otelində baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması xəbəri bizi olduqca sarsıtdı.

Bu faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”

Qeyd edək ki, son məlumata görə, yanğında 66 nəfər ölüb, 51 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Etikxeber.az

Read Previous

İlham Əliyev Latviya, İraq prezidentləri, həmçinin Cared Kohen, Sultan Əhməd bin Sulaim və Məsrur Bərzani ilə Davosda-BİR ARAYA GƏLDİ – FOTOLAR – YENİLƏNİB – (4)

Read Next

“Almaniya Cənubi Qafqaz regionunda davamlı sülhün və sabitliyin təmin olunması istiqamətində səyləri dəstəkləyir”-ALMANİYA KANSLERİ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir