“Boykot zəiflik əlamətidir və zəiflərin işidir” – YAP-ÇI DEPUTAT

İqtidarlı, müxalifətli, bitərəfli, sağlı, sollu, mərkəzçi bütün siyasətçilər və siyasi qüvvələr, partiyalar seçkilərdə iştirak etməlidirlər. Seçkilərdə iştirak etmək siyasətin əlifbasıdır, siyasətçinin, siyasi qüvvənin başlıca və bir nömrəli vəzifəsidir. Siyasətə atılmaq, siyasi fəaliyyət göstərmək, xüsusilə, siyasi partiya adı ilə siyasi meydanda olmaq hakimiyyətə gəlmək, hakimiyyət uğurunda sivil, demokratik, ədalətli mübarizə aparmaq deməkdir. Sivil, demokratik, ədalətli mübarizənin yolun isə seçkilərdən, seçkilərə qatılmaqdan, öz şansını yoxlamaqdan, siyasətdə qalıb-qalmamana qərar verməkdən keçir.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Tahir Rzayev hakimiyyətə qarşı sərt və radikal mövqedə dayanmış siyasi qüvvələr və şəxslər arasında yenidən seçkilərlə bağlı dartışmaların başlanmasına, boykot məsələsi ətrafında fərqli mövqelərin ortaya qoyulmasına, iqtidara qarşı ittihamların irəli sürülməsinə münasibətini bildirərkən deyib.

Qeyd edək ki, bugünlərdə REAL-ın lideri İlqar Məmmədov “Seçkimizin yolunda kim hansı pozada dursa erməni işğalçısının əlaltısıdır. İstər şikayətçi-boykotçu pozasında, istər saxtakar pozasında”-deyə, bəyan etmiş və onun bu mövqeyi müxalifət düşərgəsində müzakirələrə və ittihamlara səbəb olmuş, ciddi təpkilər yaratmışdı.

Xüsusilə də, Milli Şura və onun təmsilçiləri boykot variantının üzərində israr edərək, İ. Məmmədovu iqtidarla işbirliyində, növbəti seçkilərlə bağlı “mandat sevdası”nda ittihamlamışdılar.

Sabiq deputat Gültəkin Hacıbəyli də öz növbəsində “Bir siyasətçiyə 10 milyonluq xalqı aşağılamaq haqqını kim verib görəsən?! İlqar Məmmədov “erməni əlaltısı” deyib təhqir etdiyi insanlardan səs almaq üçünmü seçkilərə gedir?!”-deyərək, indiki reallıqda boykotun ən düzgün variant və onun tərəfdarı olduğunu vurğulamışdı.

bahar-yap-3

mitinq-23-1

tahir_rzayev_C00134

T.Rzayev isə saytımıza geniş açıqlamasında sözlərinə davam edərək, bildirib ki, Azərbaycanda da son 26 ildə-1993-cü ilin iyunundan bu yana azad, demokratik, şəffaf və ədalətli seçkilər keçirilməsi üçün hər cür şərait, imkan yaradılıb və təmin edilib.

Onun sözlərinə görə, istər ölkə Konstitusiyası, istər seçki qanunvericiliyi-Seçki Məcəlləsi ilə bunun üçün tam, mükəmməl hüquqi formalaşdırılıb.

“Həmçinin, ölkə rəhbərliyi, seçkilərin keçirilməsinə nəzarət edən və ona birbaşa cavadehlik daşıyan seçki komissiyaları, Mərkəzi Seçki Komissiyası (MSK) vasitəsilə seçkilərin ədalətli və şəfaff keçirilməsinə təminat yaradılıb. Ölkədə-istər Ulu Öndər Heydər Əliyevin dönəmində, istərsə də, onun kursunun layiqli davamçısı ölkə prezidenti cənab İlham Əliyevin son dərəcədə uğurlu 16 illik hakimiyyəti dönəmində seçkilərin azad, ədalətli şəkildə baş tutması, keçirilməsi üçün siyasi iradə ortaya qoyulub, nümayiş etdirilib. Yəni, kimsə bizi demokratik seçkilərə məcbur etməyib. Demokratik seçkilər, demokratiya əslində bizim öz könüllü seçimimiz, öz istəyimizdir. Biz kimsənin zoru, təhdidi, təzyiqi, diktəsi ilə oturub, durmuruq. Zor, təhdid, təzyiq, diktə dili artıq keçmir. O dövr çox-çox gerilərdə, 90-ların əvvəllərində qalıb. İndi güclü, qüdrətli, demokratik, unitar, tolerant, modern və model Azərbaycan, Azərbaycan dövləti var. Kimsə artıq onunla təhdidlə danışa bilməz, əksinə, hər kəs Azərbaycanla, onun sözü, nüfuzu ilə hesablaşır və hesablaşmalıdır. Bu baxımdan, kimsə və kimsə Azərbaycada seçkilərin demokratikliyi ilə bağlı nəsə deyə, iddia edə və uydura bilməz.

Düzdür, dünyanın bütün ölkələrində, ən demokratik, demokratiya beşiyi sayılan ölkələrində belə seçkilərdə bu və ya digər xırda problemlər, nöqsanlar yaranır, yaşanır və  sonda da yoluna qoyulur, bizdə də belədir, biz də bunlardan xali deyilik, amma həmin problemlər və nöqsanlar da məhz Azərbaycan iqtidarının özü tərəfindən aradan qaldırılır, yoluna qoyulur. Hər bir seçki demokratiyaya doğru atılmış daha bir addım olur, hər seçkidən-seçkiyə demokratiyaya doğru böyük yol, məsafə qət edilir. Bunu seçkiləri müşahidə edən çoxsaylı və nüfuzlu müşahidə missiyaları, beynəlxalq qurumlar özləri də təsdiqləyir və etiraf edirlər. İndi biz nə edək ki, seçkilərdə-son 26 ildə hər dəfə iqtidarda olan qüvvələr, hakim Yeni Azərbaycan Partiyası, onun dəstəkləyən qüvvələr, onların namizədləri qələbə qazanır?! Bizlər-hakim partiya olan YAP öz halal və qanuni, demokratik qələbəmizdən imtina etməliyikmi ki, kimlərinsə, xüsusilə də, azsaylı radikal kəsimin könlü şad olsun?! Onlar demokratiya ilə anarxiyanı, xalqın seçimi ilə etimadsızlığını bu qədərmi anlamır, başa düşmürlər?! Bilmirlərmi ki, xalq, seçici onlara qiymətini indi yox, 1993-cü ildən verib?! Bunun günahkarı, səbəbkarı bizmiyik?!

Ona görə artıq bəhanələrə, yersiz bəyanatlara son qoyulmalıdır, seçkilərə qatılmalıdır, boykotdan əl çəkilməlidir. Boykot zəiflik, boykot olunmuşların siyasi gücsüzlüyünün ilk və başlıca əlamətidir. Özünə güvənirsənsə, özünə bu qədər arxayınsansa, niyə seçkilərə qatılmırsan, niyə boykot yolunu tutursun? Deməli, özünə, siyasi perspektinivə, xalqın sənə etimadına inanmırsan və bundan yayınmaq, özünü sığortalamaq, iqtidara qarşı əsassız şəkildə yüklənmək üçün seçkidə iştirakdan qaçır, boykot yolunu tutursan. Ancaq özünə, gücünə inansaydın, seçkilərə qatılar, axıracan mübarizə aparardın. Boykota getdikcə də boykot olunursan, olan-qalan nüfuzun, dayağın da əriyib, yox olub gedir, seçici səni xatırlamır və xatırlamaq da istəmir. Təbii ki, biz kimsənin işinə qarışa, seçiminə müdaxilə edə bilmərik. Kim nə deyər, nə qərar verər, ozü bilər. Bu, heç bizim marağımızda da deyil. Biz öz yolumuzla irəliyə-gündən-günə güclənən, demokratikləşən, modernləşən, tərəqqi edən Azərbaycana doğru gedirik. Bizim yolumuz budur. Eyni zamanda, qarşıdan gələn seçkilərə – növbəti bələdiyyə və 2020-ci ilin payızında keçiriləcək parlament seçkilərinə hazırlaşırıq. Bir seçki bitdi, səhərsi gün bizim üçün yeni seçki və ona hazırlalıqlar başlayır, bu, bizim üçün davamlı prosesdir.

Odur ki, bir daha siyasi mövqeyindən və düşüncəsindən asılı olmayaraq, Azərbaycan Konstitusiyasına və qanunlarına hörmət, riayət edən bütün siyasi qüvvələri və şəxsləri seçkilərdə iştiraka dəvət edirik. Buyursunlar, gəlsinllər, iştirak etsinlər, özlərini sınasınlar, qalib gələ bilirlərsə, qalib gəlsinlər, gələ bilmirlərsə də, kənara çəkilsinlər, səhvlərini, xətalarını araşdırsınlar, nəticə çıxarsınlar və uduzduzqlarını etirtaf etsinlər,qalib gələn  tərəfi dünyanın hər yerində olduğu kimi, təbrik etsinlər, bəhanə, hay-küy, şantaj, donos yolunu tutmasınlar. Biz  qarşıdan gələn seçkilərə də hazırıq və qələbəmizə də tam əminik. Xalq, seçici yenə mövcud siyasi-iqtisadi kursa, yürüdülən siyasətə öz dəstəyini verəcək. Bu, kimdəsə şübhə doğurmasın”-deyə, T. Rzayev sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Baş Prokurorluq vəzifəli şəxslərin intiharı ilə bağlı məlumat yaydı – MEDİAYA MÜRACİƏT ETDİ – YENİLƏNİB – (1)

Read Next

“Rəşid Behbudova, Zeynəb Xanlarovaya, Flora Kərimovaya kim çatar?” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir