Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Etikxeber.az APA-ya istinadən xəbər verir ki, prosesdə təqsirləndirilən şəxslər və vəkillər dəmir barmaqlıqların şüşə qəfəslə əvəz edilməsinə narazılıqlarını bildiriblər.
Vəkil Nemət Kərimli deyib ki, məhkəmədə bu cür şərait Avropada artıq ləğv edilib.
Daha sonra iclasda şahid Rasim Aslanov ifadə verib. Bildirib ki, ötən il noyabrın 5-də evinə gedən zaman bir qrup şəxsin Sabunçu Rayon Polis İdarəsinin qarşısına toplaşdığını görüb, oraya yaxınlaşıb. Bu zaman polislər onu tutublar:
“Məni bir gün saxladılar. Bildilər ki, kiminləsə əlaqəm yoxdur buraxdılar”.
Şahid həmin vaxt saxlanılan şəxslərə Sabunçu rayon Polis İdarəsində işgəncə verilməsini gördüyünü də deyib. Prokuror ondan daş atanları görüb-görməməsini soruşub. O, belə bir halın şahidi olmadığını deyib.
Daha sonra iclasda Sabunçu rayon Polis İdarəsinin əməkdaşı Afiq Şükürov ifadə verib.
O, bildirib ki, ötən il noyabrın 5-də baş vermiş hadisələr zamanı başına daş dəyib:
“Bu zaman huşumu itirdim. Ayılanda hospitalda idim. On gün orada müalicə olundum”.
Vəkillər isə onun ifadəsində ziddiyyət olduğunu deyiblər. Onun istintaqa verdiyi ifadə elan edilib. Həmin ifadədə o, bildirib ki, başına daş dəyəndən sonra ayağa qalxıb və özünü pis hiss etdiyi üçün evə gedib.
Vəkil Yalçın İmanov isə deyib ki, Təcili Tibbi Yardım Stansiyasından onun sorğusuna cavab verilib və orada şahidə tibbi yardım göstərildiyi qeyd olunub. Lakin o, harasa aparılmayıb. Şahid bu ziddiyyətin səbəbin izah edə bilməyib.
Daha sonra iclasda şahid Mötəbər Babayev ifadə verib. O bildirib ki, ötən il noyabrın 25-də Nardarana gedib, növbəti gün səhər isə oradan Biləcəridə qaldığı evə qayıdıb:
“Həmin gün eşitdim belə hadisə olub. Mən də Nardarana getdim. Postlar qurulduğu üçün Nardarandan çıxa bilmədim. Dörd gündən sonra oradan çıxıb Sabirabada evimizə getdim. Orada məni tutub Polis Şöbəsinə apardılar və boynuma silah ittihamın qoydular”.
Proses günün ikinci yarısında davam edəcək.
Qeyd edək ki, T. Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.
AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.
Etikxeber.az