Böyük əfv fərmanı gözlənilir – SPİKER – YENİLƏNİB -(1)

“Azərbaycanda siyasi baxışlarına, siyasi davranışlarına görə indiyə kimi heç bir şəxs məsuliyyətə cəlb edilməyib”. 

Etikxeber.az xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentin 23-də  keçirilən plenar iclasında deyib.

SİYAVUSSSS

O, xatırladıb ki, bu proses 1993-cü ildən belədir: “Düzdür, başqa hakimiyyətlərin dövründə belə şeylər olub. Amma bizim hakimiyyətimiz dövründə bu cür addımlar olmayıb. Kiminsə törətdiyi əməldə cinayət tərkibi varsa, o, partiya mənsubiyyətindən asılı olmayaraq, məsuliyyətə cəlb edilib.Bəzən mənim adımdan mətbuatda müəyyən məlumatlar yazılır ki, guya Azərbaycanda siyasi məhbus var. Amma bir daha bildirmək istəyirəm ki, Azərbaycanda siyasi məhbus yoxdur. Azərbaycan qanuni, hüquqi dövlətdir. Qanunun aliliyi hər şeydən üstündür”.

Spiker Oqtay Əsədov da S. Novruzova bu məsələni qaldırdığına görə təşəkkür edib. Spiker deyib ki, parlamentin komitə sədri Əli Hüseynliyə cəzaların humanistləşdirilməsilə bağlı qanunvericiliyə edilən dəyişikliklərin icra vəziyyəti ilə əlaqədar araşdırma aparmağı tapşırıb.

***

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Ə. Hüseynli öz növbəsində bildirib ki, prezidentin cəzaların humanistləşdirilməsi ilə bağlı sərəncamından sonra 479 məhkum həbsdən azad olunub, 585 məhkumun cəzası azaldılıb, 465 məhkum isə digər cəzalardan azad edilib.

Komitə sədri xatırladıb ki, həmin sərəncamın davamı olaraq ötən ilin oktyabrında Cinayət və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib: “Bu dəyişikliklərdən  bu günə qədər keçən zaman ərzində həmin məcəllələrin icrası ilə bağlı vəziyyəti araşdırdıq. Bildiyiniz kimi, məcəllələrə dəyişikliklər dekabrın 1-də qüvvəyə minib. İndiyədək məhkəmələrə 4000-ə yaxın təqdimat göndərilib. Hazırda məhkəmələrdə 1700-ə yaxın təqdimata baxılır. Həmçinin daha 5000 təqdimatın məhkəmələrə göndərilməsi nəzərdə tutulur. Bütövlükdə bununla bağlı 1500-ə yaxın məhkumun tam azadlığa buraxılması, minlərlə məbusun isə cəzalarının azaldılması, rejimlərinin dəyişdirilməsi gözlənilir. Belə ki, artıq 479 məhkum həbsdən azad edilib. 585 məhkumun cəzası azaldılıb, 465 məhkum isə digər cəzalardan azad edilib. 59 məhkumun isə cəzaçəkmə rejimi dəyişdirilib”.

***

meclis-oqtay-1

Sonra spiker qeyd edib ki, bu yaxınlarda böyük bir əfv fərmanının verilməsi gözlənilir.

O, qeyd edib ki, Əfv Məsələləri Komissiyasi öz işini davam etdirir: “Əfv sərəncamı imzalamaq cənab prezidentin səlahiyyətindədir, amma yaxın zamanlarda böyük əfv olması gözlənilir”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Əliyev vəkilliyin inkişafı ilə bağlı sərəncam imzaladı

Read Next

Hollandiya parlamentinə etiraz etməliyik – TAHİR KƏRİMLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir