Böyük Britaniya vətəndaşları yeni hökuməti formalaşdıracaq siyasi qüvvəni seçəcək – BU GÜN

Böyük Britaniya vətəndaşları bu gün yeni hökuməti formalaşdıracaq siyasi qüvvəni seçəcəklər.

Etikxeber.az RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, Baş nazir Tereza Meyin rəhbərlik etdiyi Mühafizəkarlar Partiyası sosioloji sorğularda uzun müddət liderlik edirdi. Növbədənkənar parlament seçkiləri ərəfəsində isə torilərin populyarlığı sürətlə aşağı düşməyə başlayıb.

YouGov şirkətinin Mançesterdəki terror hücumuna qədər keçirdiyi rəy sorğusunun nəticələrinə görə, Mühafizəkarlar Partiyasını seçicilərin 44 faizi dəstəkləyirdi. Leyboristlər Partiyasına rəğbət bəsləyənlər isə yalnız 35 faiz təşkil edirdi. Mayın 22-də Mançestrdə, iyunun 3-də Londonda baş verən terror aktlarından sonra qüvvələr nisbəti dəyişir: hakim partiya səsləri itirir, leyboristlər əlavə səs yığırlar. Buna qədər mühafizəkarlar kifayət qədər inamlı görünürdüsə, son günlərin hadisələri onları narahatlıq keçirməyə vadar edib.

Rəhbərlik etdiyi partiyanın reytinqinin aşağı düşməsinə baxmayaraq, Tereza Mey növbədənkənar parlament seçkiləri elan etməsinə təəssüflənmir. Onun fikrincə, Brüssellə qarşıdakı çətin “brexit” danışıqlarında uğur qazanmağın yolu seçkidən keçir.

Etikxeber.az

Read Previous

Rəsmi Tehran törədilən terror hücumlarında Səudiyyə Ərəbistanını günahlandırdı

Read Next

“Böyük Oyun”un dəhşətlərinin fərqində olanların sayı artacaq və…” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir