Böyük İpək Yolunun bərpası-tarixi təşəbbüs… – FOTOLAR

23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən növbəti dəfə deputatlığa namizəd, akademik Ziyad Səmədzadə 1993-cü ildə Avropa Komissiyasının Brüsseldə keçirilən konfransında Azərbaycan Respublikası nümayəndə heyətinin başçısı kimi iştirak edib.

Etikxeber.az xəbər verir ki, konfrans zamanı Z. Səmədzadə İpək Yolunun bərpası və yenidən qurulmasını əhatə edən TRASEKA proqramının təsis edilməsi təşəbbüsünü irəli sürüb.

Proqramın təsis edilməsi ilə bağlı “Brüssel bəyənnaməsi”ni imzalayan Z. Səmədzadə, eyni zamanda TRASEKA proqramının Azərbaycan üzrə milli koordinatoru olub.

TRASEKA proqramının reallaşdırılmasında ölkəmizin aktiv iştirakı müstəqillik illərində əldə olunmuş ən əhəmiyyətli nailiyyətlərdən hesab olunur.

TRASEKA proqramı ölkəmizin iqtisadi inkişafına, nəqliyyat ‎infrastrukturunun formalaşmasına, eləcə də digər ölkələrlə iqtisadi əlaqələrin güclənməsinə öz töhfəsini verməkdədir.

***

Z. Səmədzadə həmçinin, TASİS proqramının Azərbaycan üzrə milli koordinatoru olub.

O, müstəqilliyimizin ilk illərində Avropa İttifaqının ekspertləri ilə çoxsaylı görüşlər keçirərək TASİS proqramının Azərbaycanda tətbiq olunması istiqamətində geniş və əhəmiyyətli fəaliyyət həyata keçirib.

Proqramın ölkəmizdə tətbiq olunmasında əvəzsiz rolu olan Z. Səmədzadə 1992-1994-cü illərdə TASİS proqramının Azərbaycan üzrə milli koordinatoru vəzifəsini icra edib.

TASİS proqramı Avropa İttifaqı tərəfindən MDB ölkələrində iqtisadi islahatların sürətləndirilməsinə yardım məqsədi ilə həyata keçirilir.

Ölkəmizdə infrastuktur, özəl sektor və insan resurslarının inkişafına istiqamətlənmiş bu layihənin əsas məqsədi Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasını dəstəkləməkdən ibarət olub.

Məhz bu proqramın tətbiqi ilə Azərbaycan Respublikası və Avropa İttifaqı arasında ikitərəfli əməkdaşlığın əsası qoyulub.

Etikxeber.az

Read Previous

Eldəniz Səlimova həm xaçmazlılardan, HƏM DƏ HƏMKARINDAN VƏ İDMANÇILARDAN DƏSTƏK GƏLDİ – FOTOLAR

Read Next

Zahid Oruc bunu da etdi-ÇÖRƏK BİŞİRDİ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir